Neymar kapitan olur

Neymar kapitan olur
XƏBƏR 28 Mart 2017 / 13:08 3320
-  A +

Braziliya millisinin futbolçusu Neymar DÇ-2018-in Cənubi Amerika üzrə seçmə mərhələsində Paraqvayla matçda karyerasında bir ilkə imza atacaq.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, ilk dəfə bu görüşdə əsas millinin kapitanı olaraq meydana çıxacaq.

Oyun öncəsi jurnalistlərin suallarını cavablandıran Neymar iddialı açıqlama verib. O, indiyə kimi özünü bu qədər yaxşı formada hesab etmədiyini bildirib: "Oyunum hərtərəfli yaxşılaşıb. Formada olmadığım vaxtlar geridə qaldı. Özümü heç bu qədər yaxşı hiss etməmişəm. Ancaq daha da yaxşı ola biləcəyimi düşünürəm".

Neymar  "Barselona"dakı komanda yoldaşı L.Messinin ona çox kömək etdiyini deyib: "Dünyanın ən yaxşı oyunçusu ilə eyni komandada oynayıram. Messi ilə münasibətlərim çox yaxşıdır. Hətta o, mənə "Qızıl top"u qazanmağım üçün nələr etməli olduğum barədə tövsiyələr verir".

Neymar Braziliya millisinin dünyanın ən güclü yığma komandası olduğunu da vurğulayıb: "2018-ci ildə keçiriləcək dünya çempionatının əsas favoritlərindən biri bizik".


Son xəbərlər