Millmizin oyunu "NTV Spor"da

Millmizin oyunu "NTV Spor"da
XƏBƏR 28 Mart 2017 / 11:12 6798
-  A +

21 yaşadək futbolçulardan ibarət millimizin türkiyəli həmyaşıdları ilə keçirəcəyi yoxlama görüşü qardaş ölkədə canlı yayımlanacaq.

Qol.az-ın Türkiyə Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, matç "NTV Spor" telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, Azərbaycanda heç bir telekanal bu görüşü canlı yayımlamayacaq.

Əlavə edək ki, Türkiyə U-21 - Azərbaycan U-21 oyunu bu gün Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla saat 17:00) başlayacaq.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı