Ronaldo 1-ci, Messi 2-ci, Neymar 3-cü

Ronaldo 1-ci, Messi 2-ci, Neymar 3-cü
XƏBƏR 28 Mart 2017 / 09:48 4418
-  A +

"France Football" nəşri öz versiyasına görə bu mövsümün ən çox qazanan futbolçu və məşqçilərinin siyahısını açıqlayıb.

Qol.az-ın məlumatına görə, hesablama bu mövsüm mövsümdə maaş, mükafat və reklam gəlirlərinə əsasən aparılıb.

Mövsüm ərzində ən çox pul qazanan futbolçu 87.5 milyon avro ilə Portuqaliya millisinin və “Real”ın hücumçusu Kriştianu Ronaldodur. Argentina millisinin və "Barselona"nın oyunçusu Lionel Messi ikinci (76.5 milyon avro),  Braziliya yığmasının və "Barselona"nın futbolçusu Neymar isə üçüncüdür (55,5 milyon avro).
 
Ən çox pul qazanan məşqçilərin siyahısına “Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyo başçılıq edir. Portuqaliyalı mütəxəssis mövsüm ərzində 28 milyon avro qazanıb. İkinci yerdə Çin millisinin baş məşqçisi Marçello Lippi (23.5 milyon avro) qərarlaşır. PSJ-nin sabiq çalışdırıcısı Loran Blan isə 20 milyon avro ilə üçüncüdür.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın