Ronaldo DÇ-2018-də liderliyə yüksəldi

Ronaldo DÇ-2018-də liderliyə yüksəldi
DÜNYA FUTBOLU 26 Mart 2017 / 11:47 5357
-  A +

Macarıstanla dünən keçirilən oyunda (3:0) dubl edən Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo DÇ-2018-in Avropa zonası üzrə bombardirlər siyahısında liderliyə yüksəlib.

Qol.az-ın xəbərinə görə, “Real”ın hücumçusu seçmə mərhələdə vurduğu qolların sayını 9-a yüksəldib. Bununla da o, Polşa millisinin futbolçusu Robert Levandovskini geridə qoyub.

Levandovski DÇ-2018-də 7 qol vurub.


Son xəbərlər