“Qalatasaray”dan hökuməti qəzəbləndirən qərar – Hakan Şükür...

“Qalatasaray”dan hökuməti qəzəbləndirən qərar – Hakan Şükür...
GÜNDƏM 26 Mart 2017 / 10:13 6866
-  A +

“Qalatasaray”ın dünən keçirilən maliyyə hesabatı konfransında FETÖ üzvü olmaqda təqsirləndirilən bəzi şəxlərin klub üzvlüyündən çıxarılması məsələsinə də baxılıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, konfransda keçmiş prokuror Zekeriya Öz, həbsdə olan keçmiş valilər Hüseyn Avni Mutlu, Şabahettin Harput, keçmiş futbolçu İsmayıl Demiriz və iş adamı Nazim Səsli səs çoxluğu ilə klub üzvlüyündən kənarlaşdırılıb. Ən qızğın müzakirələr isə “Qalatasaray”ın əfsanəvi futbolçuları, FETÖ-yə maliyyə yardımı etməkdə təqsirləndirilən, hazırda xarici ölkələrdə yaşayan Hakan Şükür və Arif Ərdəmlə bağlı olub. Konfrans üzvləri səs çoxluğu ilə Hakan Şükür və Arif Ərdəmi klub üzvlüyündə saxlayıblar.

Bu qərar hökumətin narazılığına səbəb olub. Türkiyənin gənclər və idman naziri Çağatay Kılıç bu qərarı FETÖ qurbanlarının ruhuna hörmətsizlik kimi dəyərləndirib və qərara yenidən baxılmasını tələb edib: "Dövlətimizə xəyanət edən şəxslər bu klubda qalmamalıdır".


Hakan Şükür və Arif Ərdəmlə bağlı səsvermənin videosu
 


Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord