Hiddink: «Qrupdakı rəqiblərimizin hamısı güclüdür»

Hiddink: «Qrupdakı rəqiblərimizin hamısı güclüdür»
DÜNYA FUTBOLU 3 Mart 2010 / 18:02 2312
-  A +

Hollandiyalı mütəxəssis Qus Hiddink yeni komandası - «Avro 2012»nin seçmə mərhələsində millimizin rəqibi olan Türkiyə komandasındakı hədəflərini açıqlayıb. Qol.Az-ın məlumatına görə, Hiddink Türkiyədə hər kəsin öz komandasını 2012-ci ildə Avropa çempionu görmək istədiyini söyləyib: «Amma, sadəcə, Türkiyə deyil, Almaniya, İtaliya, İspaniyanın da belə bir niyyəti var. Bu mənada, gerçəkçi olmaq lazımdır. Çempionluğu qazanmaq üçün ilk növbədə seçmə mərhələdə uğurla çıxış etməliyik. Çempionata qatılmasaq, kuboku qazana bilmərik. Seçmə mərhələdə rəqiblərimiz çox güclüdür. Mənim hədəfim öncə bu mərhələni adlamaqdır. İstəyim və arzum isə Avropa çempionatında Türkiyəyə çempionluq qazandırmaqdır. Seçmə mərhələdə yaxşı bir qrupa düşdüyümüzü deyə bilərəm. Rəqiblər bir-birinə münasibdir. Ancaq digər komandalardan əsas üstünlüyümüz odur ki, rəqib meydanındakı oyunların çoxunda bizi böyük azarkeş ordusu dəstəkləyəcək».


 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı