Almaniya millisi Bakıda məşqə çıxdı

Almaniya millisi Bakıda məşqə çıxdı
XƏBƏR 25 Mart 2017 / 18:30 4143
-  A +

Almaniya millisi DÇ-2018-in seçmə mərhələsində millimizlə oyun öncəsi məşqə çıxıb.
 
Qol.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub. Məşqdə Bakıya gələn 21 futbolçunun hamısı iştirak edib.

Onların arasında İngiltərə ilə yoldaşlıq görüşündə iştirak etməyən 4 oyunçu, o cümlədən, Məsut Özil də olub.  Açıq məşqi 200-dək şəxs, o cümlədən, çoxsaylı jurnalist izləyib. 
 
Qeyd edək ki,  Azərbaycan - Almaniya matçı sabah saat 20:00-da başlanacaq.

Son xəbərlər