“Azərbaycanın qrupda ikincilik şansı var” – Yoahim Löv

“Azərbaycanın qrupda ikincilik şansı var” –  Yoahim Löv
ÖLKƏ FUTBOLU 25 Mart 2017 / 17:35 14857
-  A +

“Məqsəd aydındır. Bura 3 xal qazanmaq üçün gəlmişik. Yaya kimi heç bir matçda xal itirməyi düşünmürük”.

Qol.az-ın məlumatına görə, bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv DÇ-2018-in seçmə mərhələsində yığmamızla sabah keçiriləcək oyun üçün Bakıda təşkil olunan mətbuat konfransında deyib. O bildirib ki, matç öncəsi komandasında zədəli futbolçular mövcuddur:


- Sözsüz ki, problemlərimiz var. Sami Xedira, Yulian Darksler və Mario Qomesin müəyyən problemi olsa da, oynaya bilərlər. Məsut Özilin oynayıb-oynamayacağı dəqiq deyil. Müalicəsi davam edir.
 
- İngiltərə ilə oyunda qapıda Ter Ştegen idi. Sabahkı oyunda qapını kimə əmanət edəcəksiz?

- Hələ qərar verilməyib. Ter Ştegen İngiltərə ilə oyunda özünü çox yaxşı göstərdi. Amma hələ bilmirik ki, sabah qapını kim qoruyacaq. Hər üç qapıçımız yaxşıdır. Son məşqdən sonra qərar verəcəyik.

- Azərbaycan millisini yaxşı tanıyırsınız. Rəqib komandada nə kimi dəyişiklik var?

- Ümumiyyətlə, komanda haqda dediklərimizi bütün ölkəyə də şamil edərik. Ölkədə böyük dəyişiklik hiss olunur. Komanda da çox inkişaf edib. Həm futbolçuların keyfiyyətləri, həm də taktiki baxımdan. Nəticələrə baxanda da inkişaf hiss olunur. Müdafiədə çox etibarli oynayırlar. Azərbaycan millisini inkişaf baxımından çox pozitiv görürəm.
 
- Antonio Rüdigeri sabah oynatmağı düşünürsüz?

- Sabah yəqin ki, Mats Hummelsin yanında Benedik Hövedes oynayacaq.

- Andre Şürrleni milliyə dəvət etsəniz də, klubunda çox şans qazanmır...

- Şürrlenin klubunda oynamaması heç də yaxşı hal deyil. O, özünü məşqlərdə yaxşı tərəfdən göstərir. Klubunda mütəmadi olaraq şans qazanmayan başqa oyunçular da var. Məsələn, Kimmix. Ancaq buna görə onları kənarda saxlamaq olmaz.

- Sabah kapitan kim olacaq?

- Komandanı meydana kapitan kimi Sami Xedira çıxaracaq. Çünki o, əsl peşəkar və liderdir. Məncə, kapitanlığa ən uyğun futbolçu məhz odur.
 
- Bəzi futbolçuların millidə oynamağa həvəsli olmadığı deyilir...

- Mənim müşahidəm ondan ibarətdi ki, oyunçular milliyə həmişə sevinə-sevinə gəlirlər. Məncə, yığmada oynamaq hər bir oyunçu üçün əsasdır. Hətta bəzi futbolçular kənarda qaldıqlarına görə inciyirlər.

- Mario Qomes yaxşı formadadır. Onu start heyətdə meydana buraxacaqsınız?

- Qomes son oyunlarda yaxşı təsir bağışlayır. Ona görə də matça ilk “11-lik”də başlayacaq.
 
- Azərbaycan millisinin qrupda ikincilik şansını necə dəyərləndirirsiniz?

- Ümumi götürsək, 4 oyuna 7 xal yaxşı başlanğıcdır. Hər şey Çexiya və Şimali İrlandiya ilə oyunlarda müəyyənləşəcək. İkincilik şansları var. Niyə də olmasın?

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki