“Bakıya gəzməyə yox, oyuna gəlmişəm" - Xedira

“Bakıya gəzməyə yox, oyuna gəlmişəm" - Xedira
ÖLKƏ FUTBOLU 25 Mart 2017 / 17:14 4589
-  A +

Almaniya millisinin üzvü Sami Xedira DÇ-2018-in seçmə mərhələsində sabah yığmamızla keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında iştirak edib.

Qol.az-ın xəbəribə görə, o, matçla bağlı fikirlərini bildirib. Xedira deyib ki, bu matç Almaniya üçün vacibdir
 
- Maksimum gücümüzü ortaya qoymalıyıq. Bundan öncəki oyunda 2:0 hesabı ilə qalib gəlmişdik. Bu matçda da diqqətli olmalıyıq. Çalışacağıq ki, Bakıdan üç xalla ayrılaq.

- Avropa çempionatının seçmə mərhələsinə bir qədər uğursuz başlamışdınız. Bu dəfə isə daha yaxşı start götürmüsünüz. Seçmə mərhələlər arasında hansı fərqlər var?

- 2014-cü ildəki dünya çempionatından sonra növbəti çempionata yaxşı köklənə bilmədik. Buna səbəb bir neçə futbolçumuzun karyerasını başa vurması və zədəli olması idi. Son Avropa çempionatında da titul qazana bilmədik. Ona görə də növbəti turnirdə yaxşı çıxış etməliyik. Bu mərhələdə yaxşı oyun göstərməyimiz vacibdir.

- Son dövrlər zədələrdən əziyyət çəkirdin. İndi formadasan. Milli komandada rolunu necə görürsən?

- İndiyə qədər karyeramda yaxşı vaxtlarım olub. İndi də yaxşı formadayam. Hesab edirəm ki, komandada yerim görünür. Üzərimə müəyyən rol düşür. Özümü millinin vacib oyunçusu hesab edirəm.

- Bakı ilə bağlı təəssüratlarınız necədir? 2009-cü ildə burda olmuşdunuz. Həmin vaxtdan bu yana nə dəyişib?

- Komanda yoldaşlarımdan fərqli olaraq mən Bakını gəzmədim. Mən bura gəzməyə yox, oyuna gəlmişəm. Matça hazırlaşmalıyam.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı