Üç futbolçu Türkiyə millisini tərk etdi

Üç futbolçu Türkiyə millisini tərk etdi
XƏBƏR 25 Mart 2017 / 14:31 6089
-  A +

DÇ-2018-in seçmə mərhələsində dünən Finlandiyaya 2:0 hesabı ilə qalib gələn Türkiyə millisinin heyətindən 3 futbolçu çıxarılıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bunlar qapıçı Volkan Babacan, müdafiəçi Ömər Toprak və yarımmüdafiəçi Volkaş Şəndir.

Hər üç futbolçu baş məşqçi Fatih Terimin icazəsi ilə millinin düşərgəsini tərk edib.

Qeyd edək ki, “ay-ulduzlular” martın 27-də Moldova ilə yoxlama oyununda üz-üzə gələcək.

Son xəbərlər