"Almanlar qalib gəlmək istəyirsə..." - Foqts

"Almanlar qalib gəlmək istəyirsə..." -  Foqts
XƏBƏR 25 Mart 2017 / 13:20 5572
-  A +

“Azərbaycan millisinin 5-6 futbolçusu Bundesliqa və ya Premyer Liqada oynaya biləcək səviyyədədi. Ancaq onlar Azərbaycanda rahatdılar və çox pul qazanırlar. Məhz buna görə xaricə getmirlər”.

Qol.az-ın xəbərinə görə, bu sözləri millimizin sabiq baş məşqçisi Berti Foqts Almaniya mətbuatına açıqlamasında deyib.

DÇ-2018-in seçmə mərhələsində sabah keçiriləcək Azərbaycan – Almaniya oyununu yayımlayacaq Almaniya televiziyasında ekspert olacaq 70 yaşlı mütəxəssis görüş haqda fikirlərini də bildirib: “Bu, çempionluq matçına bənzəyir. Almanlar qalib gəlmək istəyirsə, Azərbaycanı səhv etməyə məcbur etməlidir”.

Xatırladaq ki, Berti Foqts 2008-2014-cü illərdə Azərbaycan millisini çalışdırıb.

Son xəbərlər