Tomas Müller Azərbaycanı ciddi rəqib sayır

Tomas Müller Azərbaycanı ciddi rəqib sayır
GÜNDƏM 25 Mart 2017 / 11:58 4162
-  A +

Almaniya millisinin futbolçusu Tomas Müller DÇ-2018-in seçmə mərhələsində millimizlə oyun öncəsi növbəti açıqlama verib.

Qol.az-ın yaydığı xəbərə görə, o, Azərbaycana hörmətlə yanaşdıqlarını bildirib: "Özümüzü çox güclü, rəqibi isə zəif hesab etmək bizə başucalığı gətirməz. Futbolda inkişaf edən komandalara hörmət etmək lazımdır. Bizim son dünya çempionu olmağımız hər şeyin bitdiyi anlamına gəlmir. İndi qələbəni adla deyil, meydandakı oyunla qazanırsan".

O, Azərbaycana ciddi rəqib gözü ilə baxdığını bildirib: "Məsuliyyətimizi dərk edirik və Almaniyaya növbəti qələbə ilə qayıtmaq əzmindəyik".

Qeyd edək ki, Azərbaycan - Almaniya görüşü sabah saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki