“Bakının Çempionlar Liqasının finalı üçün şansı artıb” – Elxan Məmmədov

“Bakının Çempionlar Liqasının finalı üçün şansı artıb” – Elxan Məmmədov
ÖLKƏ FUTBOLU 25 Mart 2017 / 11:31 7715
-  A +

“Azərbaycan DÇ-2018-in seçmə mərhələsində uğurlu oyunları ilə bütün Avropanın diqqətini özünə cəlb edib”.

Qol.az-ın xəbərinə görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov “France Press” agentliyə müsahibəsində deyib. O əlavə edib ki, bütün bunlar ölkədə futbolun inkişafı məqsədi ilə həyata keçirilən layihələrin məntiqi sonluğudur.

Elxan Məmmədov xatırladıb ki, Bakı Madridlə birgə 2019-cu ildə Çempionlar Liqasının finalını qəbul etməyə 2 namizəd şəhərdən biridir: “Finalın Bakıda keçirilməsi “Avro-2020” üçün yaxşı imtahan olardı. Finala cəmi 2 şəhərin namizəd olması bizim şanslarımızı artırır. Hazırda bu şanslar 50/50-yədir. Bizim üstünlüyümüz odur ki, Bakı Olimpiya Stadionu təzədir və FİFA ilə UEFA-nın standartlarına tam cavab verir”.

Daha çox


Son xəbərlər