"Kosovanı məğlub etsək..." - Fatih Terim

"Kosovanı  məğlub etsək..." - Fatih Terim
GÜNDƏM 25 Mart 2017 / 09:45 6776
-  A +

"İlk hissənin sonundakı qapı dirəyindən dönən topdan başqa ciddi səhvimiz olmadı. Qol epizodları yaratdıq. Vacib 3 xal qazandıq".

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Fatih Terim DÇ-2018-in seçmə mərhələsində Finlandiyaya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, doğru oynadıqlarını bildirib: "Rəqibi öz qapısına sıxmağı bacardıq və bunu etmək çox vacib idi. Finlandiya bizə ciddi təzyiq göstərə bilmədi. Məncə, matçı televizor vasitəsi ilə izləyənlər də oyunumuzdan narahat deyildilər. Rahat qələbə qazandıq".
 
F.Terim seçmə mərhələnin növbəti turunda qarşılaşacaqları Kosova millisi ilə oyun haqda da danışıb: "Kosova sürprizlər edə biləcək komandadır. Kosovadan 3 xalla dönsək, vəziyyətimiz daha da yaxşılaşacaq. Qələbə qazanmağı bacarsaq, final mərhələsi haqda düşünə bilərik”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın