Almaniya millisi Bakıda - Video

Almaniya millisi Bakıda -  Video
GÜNDƏM 25 Mart 2017 / 00:13 4236
-  A +

Martın 26-da DÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşacaq Almaniya yığması Bakıya gəlib.

Qol.az-ın məlumatına görə, son dünya çempionlarını paytaxtımıza gətirən təyyarə saat 22:25 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Komanda üzvləri hava limanından birbaşa qalacaqları otelə yollanıblar.

Xatırladaq ki, Azərbaycan - Almaniya görüşü martın 26-da Tofiq Bəhramov adına Respublika stadionuda saat 20:00-da start götürəcək.




Daha çox


Son xəbərlər