“0:4 hesablı məğlubiyyəti unutmamışıq” - Levandovski

“0:4 hesablı məğlubiyyəti unutmamışıq” -  Levandovski
XƏBƏR 25 Mart 2017 / 01:04 4692
-  A +

“Bavariya”nın hücumçusu Robert Levandovski Çempionlar Liqasının 1/4 finalında “Real”a qarşı keçirəcəkləri oyunlardan danışıb.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, polşalı forvard “Kral klubu”ndan 3 il əvvəlki məğlubiyyətlərin əvəzini çıxmağa çalışacaqlarını bildirib:

“Düşünürsüz ki, “Real” bizdən güclüdür? Ətrafınıza baxın, bizim komandada güclü legionerlərin sayı heç də az deyil. Bizim üçün qarşıdakı oyunlar çox maraqlı olacaq. Çünki 3 il əvvəlki 0:4 hesablı məğlubiyyəti unutmamışıq.

“Bavariya” da “Real” kimi böyük klubdur. Qazandığımız titullar bunu sübut edir. “Bavariya” ilə birgə Çempionlar Liqasını qazanmaq istəyirəm”,

Son xəbərlər