UEFA-dan Abubakara sərt cəza

UEFA-dan Abubakara sərt cəza
XƏBƏR 24 Mart 2017 / 17:40 3981
-  A +

UEFA "Beşiktaş"ın futbolçusu Vinsent Abubakarı cəzalandırıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, İntizam Komitəsi kamerunlu forvarda 3 oyunluq cəza verib.

25 yaşlı hücumçu Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində Fransanın "Lion" klubuna qarşı matçlarda və komandası yarımfinala yüksələrsə, mərhələnin ilk oyununda iştirak edə bilməyəcək.

Qeyd edək ki, Abubakar Avroliqanın 1/8 final mərhələsində "Olimpiakos"la görüşdə rəqib futbolçusuna başla zərbə vurduğu üçün qırmızı vərəqə ilə cəzalandırılmışdı.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı