Yığmamızdan qələbə

Yığmamızdan qələbə
XƏBƏR 24 Mart 2017 / 15:31 2508
-  A +

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi Rusiyanın Soçi şəhərində təşkil olunmuş “Kuban baharı” turnirində bu gün növbəti matçını keçirib.
 
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, təmsilçimiz 5-8-ci yerlər uğrunda matçda Krasnodar vilayətinin yığma komandası ilə qarşılaşıb.
 
Görüş millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın qollarını Merve Özdemir və Vüsalə Seyfətdinova vurub.
 
Qeyd edək ki, yığmamız 5-ci yer uğrunda Qazaxıstanla ilə üz-üzə gələcək.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord