UEFA "Barselona"nı cərimələdi

UEFA "Barselona"nı cərimələdi
XƏBƏR 23 Mart 2017 / 21:19 5147
-  A +

UEFA İntizam Komitəsi "Barselona"nı cərimələyib.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna klubun azarkeşlərinin Çempionlar Liqasının 1/8 finalında PSJ ilə cavab oyununda etdiyi hərəkətlər səbəb olub. Bəzi azarkeşlər meydana çıxdığı üçün  klub 19 min  avro məbləğində cərimələnib.

Qeyd edək ki, "Barselona" sözügedən matçda PSJ-yə 6:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.


Son xəbərlər