"Olimpiakos"da yeni baş məşqçi

"Olimpiakos"da yeni baş məşqçi
XƏBƏR 23 Mart 2017 / 17:05 2572
-  A +

Yunanıstanın “Olimpiakos” klubunun yeni baş məşqçisi bəlli olub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanı Takis Lemonis çalışdıracaq. 57 yaşlı mütəxəssislə bügünlərdə müqavilə imzalanacaq.

Lemonis Paulu Bentonun qovulmasından sonra baş məşqçi vəzifəsini müvəqqəti icra edən Vasilis Vuzası əvəzləyib.

Qeyd edək ki, daha əvvəl də “Olimpiakos”u çalışdıran T.Lemonis komanda ilə 4 dəfə superliqanın qalibi olub.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı