Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
DÇ-2018 üçün 25 hakim - siyahı

Yazarlar
 İsgəndərin, İqorun və Samirin yolu...
Aydın BAĞIROV
 Madriddə aprel döyüşləri
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
Qurban Qurbanov milliyə belə gətirildi - Şəkillər+Video
Top 5
“Cəsarəti varsa, “lipa” futbolçuları yığmaya necə cəlb etdiklərindən danışsın”
Ozobiç Azərbaycan vətəndaşlığı almaq istəyir
"Qarabağ" - "Çelsi": bütün biletlər satıldı
Səbətlər müəyyənləşdi - DÇ-2018
UEFA Pedro Enrikeni cəzalandırdı
Linklər
525ci Qəzet

Azərbaycan millisinin braziliyalıları
A A A

[23.03.2017]
Azərbaycan millisinin braziliyalıları

Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unuldulmur!

Milliləşmə məsələsi zaman-zaman futbolun aktual mövzularından olub. Bunun nə demək olduğunu geniş izah etməyə ehtiyac  yoxdur. Adından da göründüyü kimi, milliləşdirmə başqa millətin, başqa dövlətin nümayəndəsinə öz ölkənin pasportunu verib onu özündən biri etməkdi. Hansısa aspektdə yaxşı sayılır, hansısa aspektdə pis. Məsələn, idmanda bir o qədər də yaxşı qarşılanmır. Çünki kənardan kiminsə gəlib sənin milli komandanda forma geyinməsi həmişə həzm olunmur.  Təəssüf ki, bizim futbolda da kifayət qədər milliləşdirilmiş şəxslər olub. Onların arasında tək-tük futbolçu olub ki, milli komandaya xeyir verə bilib. Böyük əksəriyyəti  yerli futbolçulardan ciddi şəkildə heç nə ilə fərqlənməyiblər və sonradan milliyə də çağırılmayıblar.  Ümumiyyətlə, Azərbaycanın futbol millisində milliləşdirmənin əsası elə milli komanda ilk formalaşdığı vaxtlarda qoyulub.  Çox maraqlıdır ki, həmin dönəmdə də milliyə çağırılanlar dağıstanlılar idi. 1993-94-cü illərdə əsası qoyulan bu ənənə sonralar da “inkişaf etməyə” başladı.  Şahin Diniyevin dövründə isə milliləşdirilmənin coğrafiyası genişlədi. Yəni artıq tək Rusiyadan yox, digər ölkələrdən də legionerlər Azərbaycan millisinə cəlb olunmağa başladı. Son illər Türkiyədən, Ukraynadan, Dağıstandan cəlb olunan futbolçular üstünlük təşkil edir.  Həmin tendensiya günü bu gün də davam edir. Elə son olaraq Almeydanın milliləşdirilməsi də bu tendensiyanın tərkib hissəsidir. Almeydadan söz düşmüşkən, budəfəki yazımızda Azərbaycan millisində forma geyinən braziliyalılardan danışacağıq.  Çünki bu məsələdə Almeyda tək deyil. Hələ 10 il bundan qabaq onun həmyerliləri Azərbaycan  millisinə cəlb ollunub, milli formada oyunlara çıxıblar. Maraqlıdır ki, haqqında söz açacağımız braziliyalılar dağıstanlılardan,  türklərdən fərqli olaraq, daxili çempionatda özlərini yaxşı tərəfdən göstərib milliyə dəvət alıblar. Beləliklə:

Leandro Qomeş – Azərbaycan millisinin milliləşdirilmiş ilk braziliyalısı Leandro Qomeş olub.  Tam adı Leandro Melino Qomeş olan Leandro Qomeş 1976-cı il avqustun 24-də Braziliyanın Rio de Janyero ştatının Kazimiru di Abreu şəhərində anadan olub. Futbolda peşəkar karyerasına  15 yaşında  “Jonivil” klubunda başlayıb. Lakin rəsmi oyunlarda bu klubun formasında meydançaya çıxmayıb. 2002-ci ildə Avropaya gəlib və Portuqaliyanın “Naval” klubu ilə müqavilə bağlayıb. Lakin “köhnə qitə”də çox qalmayıb. Portuqaliya çempionatında 9 oyunda forma geyinən Qomeş yenidən vətəninə qayıdıb.  Lakin Avropada qazandığı qısa təcrübə onun sonrakı karyerasında  böyük rol oynayır. Braziliyada öncə “Goytacaz”la müqavilə bağlayan hücumçu 2004-cü ildə “Americano”ya keçir. Burada uğurlu mövsüm keçirir və 17 qol vurur.  2004-cü ildə isə yenidən Avropaya qayıdır və bu dəfəki dayanacağı Azərbaycan olur. Həmin il Azərbaycan futboluna milyonların axmağa başladığı il kimi yadda qalır. Hafiz Məmmədov “Dinamo”nu götürərək adını dəyişdi və “Bakı” qoydu. Ardınca kluba bir çox ölkələrdən güclü legionerlər cəlb olunmağa başladı ki, onlardan biri də Qomeş idi. Braziliyalı “zolaqlılar”ın ilk legionerlərindən olub. “Bakı”nın heyətində ilk oyunu isə 2004-cü ilin iyununda Sumqayıtda yerli “Gənclərbirliyi” ilə keçirilən yoldaşlıq oyunu olub. 0:0 başa çatan həmin matçda Leo özünü səviyyəli legioner kimi göstərə bilib. 2004-08-ci illərdə “Bakı”da forma geyinən bu futbolçu ümumilikdə 86 oyunda meydançaya çıxıb və 29 qola imza atıb. Sonralar 2008-09-c il mövsümündə “Olimpik”də (24 oyun, 10 qol) və 2009-cu ildə “Karvan”da da (19 oyun, 3 qol) forma geyinib. Amma təbii ki, karyerasının ən parlaq dönəmi məhz “Bakı”nın heyətində olub. Elə Azərbaycan millisinə də məhz bu klubdan dəvət alıb. 2006-cı ildə Şahin Diniyevin millidə baş məşqçi olduğu dönəmdə belə qərara alındı ki, beynəlxalq oyunlarda uğurlu nəticə qazanmaq üçün legionerlərin də xidmətindən istifadə olunsun. Lakin o vaxtkı AFFA rəhbərliyi indiki AFFA rəhbərliyindən fərqli yol tutdu. Legionerlər ölkə xaricindən, Türkiyədən, Dağıstandan yox, elə Azərbacan çempionatından seçildi. Öz klublarında yaxşı oyun göstərən və səviyyələri ilə seçilənlər Azərbaycan millisinə dəvət olundu. Onlardan biri də Qomeş oldu və o, milliləşdirilən ilk braziliyalı kimi tarixə düşdü. 2006-09-cu illərdə Azərbaycan millisində oynayan sabiq “Bakı”lı 18 oyunda meydançaya çıxsa da bir dəfə də olsun qol vura bilmədi. 2009-cu ildə isə “Karvan”dan ayrılaraq vətəninə döndü və bir daha milliyə çağırılmadı.

Leandro Qomeş




Andre Ladaqa – Qomeşlə eyni ildə milliləşdirilərək Azərbaycan millisinə dəvət olunan futbolçulardan biri də Andre Ladaqa olub. Tam adı Andre Luiz Ladaqa olan Andre Ladaqa 1975-ci il fevralın 19-da Braziliyanın Rio de Janyero şəhərində anadan olub. Ampluası müdafiəçi olan bu futbolçunun boyu 177 sm-di. İlk peşəkar klubu 1994-cü ildə “İtaperuna” olub. 1995-ci ildə “Vasko da Gama”, 1996-cı ildə isə “İnternasional”da forma geyinib. Amma parlamağa başladığı klub “Fluminese” olub. 1997-00-ci illərdə bu klubda oynayıb və özünü yaxşı tərəfdən göstərib. Daha sonra “Maduera”, “Olario” və “America” kimi klublarda oynadıqdan sonra 2004-cü ildə Azərbaycana gəlib. Braziliyaya futbolçu seçməyə gedən “Bakı” rəsmləri Qomeşlə bərabər Ladaqanı da bəyənib onu ölkəmizə dəvət ediblər. Ladaqanın da karyerasının ən parlaq illəri Azərbaycanda olub. 2004-08-ci illərdə “Bakı” formasında 80 dəfə meydançaya çıxan Ladaqa 6 qolun da müəllifi olub. “Bakı”dan sonra 2009-cu ildə “Karvan”da qısa sürən karyerası olub. Cəmi 2 oyun forma geyinib və intizamsızlığı görə komandadan qovulub. Ardınca isə vətəninə qayıdıb. Milliyə isə o da Qomeş kimi 2006-cı ildə dəvət alıb. Millimizdəki debütü 2006-cı il sentyabrın 2-də Avro-2008-in seçmə qrup oyunu çərçivəsində Serbiya millisinə qarşı matç olub. Səfərdə keçirilən  oyunda millimiz 0:1 hesabı ilə məğlub olub. Ladaqa 4 gün sonra Bakıda Qazaxıstan millisinə qarşı keçirilən  oyunda isə qolla yadda qalıb. Milliləşdirilmiş legioner ilk hissədə cərimə zərbəsindən gözəl qol vuraraq oyunda hesabı açıb. Təəssüf ki, millimiz qələbə hesabını qoruya bilməyib və ilk hissənin sonlarında qapısından qol buraxıb. Oyun isə 1:1 hesabı ilə başa çatıb. Bu qol həm də Ladaqanın millimizin heyətində yeganə qolu olub. Ümumilikdə isə, 2006-08-ci illərdə Azərbaycan yığmasınən heyətində 11 oyun keçirib. 2009-cu ildən milliyə çağırılmayan Ladaqa 2010-cu ilin yanvarında ölkəsinə qayıdıb.

Andre Ladaqa

Ernani Pereyra – Qomeş və Ladaqadan sonra milliləşdirilmiş növbəti braziliyalı. Ernani Pereyra 1978-ci il yanvarın 22-də Braziliyanın Minas Jerays şttaının Belu-Orizonti  şəhərində anadan olub. İlk peşəkar klubu 1998-ci ildə “Villa Nova” olub. 2000-də məşhur “Kruzeyro”ya keçir. Lakin burada möhkəmlənə bilməyərək “Quarani”yə transfer olunur. “Quarani” də əslində Braziliyanın tanınmiş klublarından sayılır. Belə ki, vaxtilə bu klubda Kareka, Kalminya, Sonni Andersson, Aylton, Elano kimi futbolçular oynayıb. Lakin Pereyra ora transfer olunanda bu klub B divizionunda mübarizə aparırdı. Pereyranın Avropaya gəlişi 2003-cü ildə oldu. O, Türkiyənin “Konyaspor” klubu ilə müqavilə bağlayır.  Burada aparıcı futbolçuya çevirilir, 21 oyuna 1 qol vurur.  Onu da qeyd edək ki, həmin il “Konyaspor” Superliqaya yeni vəsiqə qazanmışdı və heyətini Zafer Biryol, Cenk İşler və məşhur Ogün Temizkanoğlu kimi futbolçularla gücləndirmişdi. 2005-ci ildə isə Azərbaycana gəlir. Həmin ilin yayında «Karvan»ın baş məşqçisi təyin olunan türkiyəli məşqçi Fuad Yaman braziliyalı müdafiəçini də özü ilə Yevlax klubuna gətirdi. Türk mütəxəssis Azərbaycan birinciliyindəki uğursuz startdan sonra vəzifəsindən getsə də, Ernani komandada möhkəmlənib klubun əvəzedilməz futbolçularından birinə çevirilir. 4 mövsümə “Karvan”ın heyətində 79 matçda meydançaya çıxır və 1 qola imza atır. Qomeş və Ladaqa kimi o da Azərbaycan millisinə 2006-cı ildə dəvət olunur. Həmin vaxt Şahin Diniyev millinin müdafiəsindəki sol cinah problemini braziliyalının hesabına həll etməyi düşünür. 2006-09-cu illərdə millinin formasını geyinən Ernani 12 oyunda meydançaya çıxır. 2009-cu ildə “Karvan”dan ayrılaraq yenidən Türkiyəyə qayıdır və “Mersin İdmanyurdu” ilə müqavilə bağlayır. Bununla onun da Azərbaycan millisindəki karyerası başa çatır.

Ernani Pereyra

Fabio Luis Ramim – Ramim 1981-ci il aprelin 10-da San Paulo şəhərində anadan olub.  2004-cü ilə kimi daha çox aşağı liqa komandalarında oynayıb. 2004-cü ildə nisbətən tanınan “Atletiko Linense” klubuna keçir. Burada bir mövsüm oynadıqdan sonra Azərbaycana gəlir. 2005-ci ildə yeni yaranan və iddialı olan İmişlinin “MKT Araz” klubu onu heyətinə qatır. İlk mövsümdəcə Aran təmsilçisinin aparıcı futbolçusuna çevirilən hücumameylli yarımmüdafiəçi 23 oyuna 5 qol vurur. 2006-cı ildə isə paytaxtın “Olimpik” klubu onu öz heyətinə qatır. Burada oynadığı iki mövsümdə də aparıcı futbolçu statusunu saxlayan Ramim 35 oyuna 6 qol vurur.  2008-ci ildə isə daha iddialı daha imkanlı “Bakı” onu transfer edir. Əvvəlki klublarla müqayisədə “zolaqlılar”ın heyətində daha çox mövsüm keçirir. 2008-12-ci illər aralığında “zolaqlılar”ın şərəfini qoruyan braziliyalı 72 oyunda meydançaya çıxır və 12 qola imza atır. Azərbaycan millisinə də məhz “Bakı”dan dəvət olunur. Həmin vaxt artıq milliyə alman Berti Foqts baş məşqçi təyin olunmuşdu. Ramimin millidəki debütü 2008-ci ilin 6 iyununda səfərdə Andorraya qarşı keçirilən yoldaşlıq görüşünə təsadüf edir. Millimizin 2:1 hesablı qələbəsi ilə başa çatan oyunda qollardan birini də məhz Ramim vurur. Ümumilikdə 2008-11-ci illərdə Azərbaycan millisinin heyətində 16 oyun keçirən braziliyalı 4 qola imza atır. “Bakı”dan getdikdən sonra bir daha milli komandaya da dəvət almır.

Fabio Luis Ramim

Riçard Almeyda – Tam adı Richard Almeida de Oliveira olan Riçard Almeyda 1989-cu il martın 20-də San Paulo şəhərində anadan olub. İlk peşəkar klubu “Santu-Andre” olub. Bu komanda B seriyasında oynasa da Almeyda orda möhkəmlənə bilmir və 2010-cu ildə Portuqaliya ikinci liqası komandası olan “Jil Visente”yə transfer olur. Avropaya gəlişi onun üçün düşərli olur. İki mövsüm bu klubun heyətində oynayan “Riçi” 57 oyunda meydançaya çıxır və 6 qola imza atır. 2012-ci ildə Azərbaycan karyerası başlayır. “Qarabağ” onu heyətinə qatır. Ağdam klubunun heyətində parlaq karyera keçirən braziliyalı dayaq yarımmüdafiəçisi 100-dən çox oyun keçirib və 31 qola imza atıb. Bu il Azərbayacan gəlişinin 5 ili tamam olduğu üçün Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycan millisində oynamaq şansı yaranıb. AFFA futbolçuya bu təklifi göndərib və tərəflər arasında razılıq əldə olunub. Hazırda “Riçi”nin Azərbaycan millisində oynaması üçün FİFA-ya lazımı sənədlərin göndərilməsi yönündə işlər gedir.Düzdür, futbolçu bu yaxınlarda Qətərlə keçirilən yoxlama görüşündə düşərgəyə cəlb olunur. Lakin iki məşq etsə də səfərə aparılmır. Növbəti dəfə dəvət alsa yayda millimizdə debüt edə bilər. Bu, baş tutarsa Almeyda Azərbaycan millisində forma geyinən beşinci braziliyalı olacaq.

Riçard Almeyda




Anar XANLAROV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

9018 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
12.11.2017  10:05 Hakim çatışmazlığı, yoxsa qeyri-peşəkarlıq?
07.11.2017  18:23 Bombardirin millimizə qayıdışı
31.10.2017  12:32 “Gürcülər uduzduqlarına inanmırdılar” – millimizin ilk qələbəsi
21.10.2017  14:15 “Futbol+”də münasibətlər dəyərlər üzərində qurulub” – Mahir Rüstəmli
02.10.2017  13:25 “Azərbaycanda 10 ildən sonra da futbol olmayacaq”
24.09.2017  14:21 “Ramillə Emin Azərbaycana gəlməklə geriyə addım atdılar”
14.09.2017  14:48 Bakının dağılan “Bakı”sı – reportaj + fotolar
11.09.2017  13:50 "Azərbaycanda iş adamları futbola nifrət edirlər" - Yaşar Seyidov
03.09.2017  10:23 “O futbolçular elə 17-18 yaşında itib-batır”
22.08.2017  14:36 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi - ikinci yazı
14.08.2017  16:00 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi
07.08.2017  13:20 “O dövrdə "Kopenhagen”lə 5 dəfə də oynasaq, qalib gələ bilməzdik”
31.07.2017  12:11 Futbolumuzun bəlası – süni ot örtüyü
24.07.2017  13:10 “Alim Qasımov ifası ilə bütün stadionu susdurdu” – “Qarabağ”ın tarixi oyunu
25.06.2017  09:01 Millimiz necə yarandı? – 25 il əvvələ “səyahət”
18.06.2017  14:15 “O stadiona Fuad Musayevin adı verilməlidir”
10.06.2017  13:50 "Azərbaycansayağı künc zərbəsi" necə yarandı?
04.06.2017  10:07 “Ələkbərin medalları, kubokları itib-batdı” – əfsanənin son günləri
23.05.2017  12:34 AFFA U-18 millisini yüksək liqaya necə buraxdı?
16.05.2017  12:41 Ehtiyat forması olmayan millimiz – ilk rəsmi oyunumuza “səyahət”
 
 
  18.11.17
00:55
  “Beşiktaş”dan xal itkisi
00:10
  “Bunun “Çelsi” ilə oyunda bizə köməyi olacaq” – Almeyda
00:01
  "Keşlə" "Zirə"yə, "Kəpəz" "Səbail"ə qarşı - Yenilənir
  17.11.17
23:00
  Olimpiya stadionundakı matçdan şəkillər
22:20
  "Qarabağ" - "Sumqayıt" oyunundan sonra qalmaqal - Video
21:46
  Liderin qələbəsi - Video
21:25
  "Qarabağ"da qalmaq istəyirəm" - Pedro Enrike
21:14
  "Çelsi" ilə oyunda hər şey ola bilər" - Qurban Qurbanov
20:53
  "Futbolçular "Qarabağ”ın adından çəkindi" - Samir Abasov
20:42
  Kintana yenə zədələndi
20:30
  "Qarabağ" 10 nəfərlə qalib gəldi
19:45
  "Meydana 3 xal üçün çıxacağıq" - Şahin Diniyev
19:12
  Şehiç meydandan qovuldu
18:25
  "Çelsi"də növbəti itki
18:01
  "Qarabağ" - "Sumqayıt": heyətlər
17:53
  "Mənim üçün ən böyük hədiyyə..." Tərlan Əhmədov
17:40
  Yığmamız Gürcüstanla heç-heçə etdi
17:19
  Qapıçıların məharəti - Video
16:50
  Autsayderdən ilk qələbə, liderdən 4 qol
16:30
  Leroy Sane birinci oldu
16:05
  İbrahimoviç milli karyerasını bərpa edə bilər
15:32
  Həftənin ən gözəl qolları - Video
15:10
  Qvardiola yenə ayın ən yaxşısı seçildi
14:45
  DÇ-2018 üçün 25 hakim - siyahı
14:24
  “Samir Ələkbərov düz deyir, sifarişlər həmişə olub” – Vəli Qasımov
14:05
  "Başqa nəticə bizə sərf etmir" - "Kəpəz"in futbolçusu
13:40
  Sabiq "Fənərbaxçalı" həbs edildi
13:10
  "Atletiko" Özillə danışıqlara başladı
12:43
  Cüneyt Çakır DÇ-2018-də
12:03
  Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü - Şəkillər
11:48
  Günün canlı oyunları - Etopaz-da
11:27
  Falkao qayıtdı
11:05
  "Qarabağ" - "Sumqayıt" oyunu canlı yayımda
10:30
  "PSJ-dən qorxmuram" - Ronaldo
10:11
  "Atletiko" səhmlərinin 15 faizini satdı - rəsmi
09:45
  UEFA Pedro Enrikeni cəzalandırdı
01:59
  İlyas Səfərzadə və İlkin Sadıqov “Kəpəz”ə qoşuldu
01:36
  Nuqzar “Şüvəlan”a qələbə qazandırdı - Video
01:17
  “Barselona”dan getmək istəsə, Messini dəstəkləyərəm” – Ronaldinyo
00:54
  Kantona Neymarı tənqid etdi
00:19
  “Binə” - MOİK oyununda tək qol - Video
00:01
  Qol.az 9 yaşında!
  16.11.17
22:30
  Ozobiç Azərbaycan vətəndaşlığı almaq istəyir
22:00
  Obameyanq heyətdən kənarlaşdırıldı
21:20
  "Neftçi"nin qış planı məlum oldu
20:51
  “Gecə klublarını unuda bilmirəm”
20:11
  Poqba və İbrahimoviç qayıdır
18:49
  Rauf Əliyevin komandasından xal itkisi
18:00
  “Cəsarəti varsa, “lipa” futbolçuları yığmaya necə cəlb etdiklərindən danışsın”
17:32
  "AFFA-dan təklif almamışam" - Mahmud Qurbanov
16:56
  "Zirə"də yeni təyinat
16:42
  “...Yeni adlar görəcəksiniz" - millimizin baş məşqçisi
16:29
  Birinci divizionda 9-cu tur başladı
16:02
  PSJ-nin futbolçusu ili erkən başa vurdu
15:36
  “Millidə mənim kimi futbolçuya ehtiyac var” – İlqar Qurbanov
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore