"Ürəyim Azərbaycanla döyünür" - Renat Dadaşov

"Ürəyim Azərbaycanla döyünür" - Renat Dadaşov
ÖLKƏ FUTBOLU 23 Mart 2017 / 10:07 5651
-  A +

“Hamı məndən Azərbaycan millisini seçməyimin səbəbini soruşur. Azərbaycan mənim vətənimdir, valideyinlərim burada doğulub, ürəyim Azərbaycanla döyünür. “Düşünürəm ki, düzgün qərar vermişəm".

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin yeni üzvü Renat Dadaşov "CBC Sport"a açıqlamasında deyib.
 
 “Ayntraxt”ın U-19 komandasının oyunçusu DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə matç barədə danışıb. O, bu görüşü səbrsizliklə gözlədiyini bildirib: Əgər öz oyunumuzu göstərsək, yaxşı nəticə əldə edə bilərik. 90 dəqiqə ərzində bütün bacarığımızı ortaya qoyacağıq. Nəticəni isə zaman göstərəcək”.
 
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Almaniya oyunu martın 26-ı saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər