“Real” Şmeyhelin çıxışını izləyir

“Real” Şmeyhelin çıxışını izləyir
XƏBƏR 23 Mart 2017 / 01:25 3960
-  A +

“Real”ın növbəti transfer hədəfi məlum olub.

Qol.az-ın “Sky Sports”a istinadən yaydığı xəbərə görə, “Kral klubu” bir müddətdir “Lester”in qolkiperi Kasper Şmeyhelin çıxışını izləyir.

“Real” yayda qapı xəttini gücləndirmək istəyir. Keylor Navas ümidləri tam doğrultmadığından, klub rəhbərliyi ona əvəzləyici axtarır.

Əsas namizəd isə məhz “Lester”in qapıçısıdır. “Real”ın seleksiyaçı məşqçiləri danimarkalı qolkiperin “Sevilya” ilə oyunlardakı çıxışını çox bəyəniblər.

Qeyd edək ki, Şmeyhel csri mövsüm Premyer Liqada keçirdiyi 20 oyundan 5-də qapısını toxunulmaz saxlayıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı