24 klub birbaşa ÇL-in qrup mərhələsində - 2018/19 mövsümündən

24 klub birbaşa ÇL-in qrup mərhələsində - 2018/19 mövsümündən
DÜNYA FUTBOLU 23 Mart 2017 / 01:13 7242
-  A +

UEFA 2018/19 mövsümündə ölkələrin reytinqinə əsasən Çempionlar Liqasında iştirak edəcək klublarla bağlı məlumat yayıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, qitənin 1 nömrəli klub turnirində 2018/19 mövsümündən etibarən İspaniya, Almaniya, İngiltərə və İtaliya 4 klubla qrup mərhələsində təmsil olunacaq.

Əmsallar cədvəlində 5-6-cı yerləri turan Fransa və Rusiyanın 2 təmsilçisi yarışa birbaşa qrup mərhələsindən qoşulacaq. Bu ölkələrin daha 1 təmsilçisi isə qrup mərhələsinə düşmək üçün 2 mərhələ adlamalıdır.

Portuqaliya, Ukrayna, Belçika və Türkiyənin 1 klubu qrup mərhələsində iştirak edəcəyi halda, 1 klub da yarışa seçmə mərhələdən başlayacaq.

Əmsallar cədvəlində 11 və 12-cı yeri tutan Çexiya və İsveçrənin çempionları isə yarışa sonuncu təsnifat mərhələsindən qoşulacaqlar.

Siyahıdan da göründüyü kimi, 2018/19 mövsümündən etibarən 24 klub ÇL-də mübarizəyə birbaşa qrup mərhələsindən start verəcək.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord