“Arsenal” Çexi itirdi

“Arsenal” Çexi itirdi
XƏBƏR 23 Mart 2017 / 00:01 2886
-  A +

“Arsenal” ciddi itki ilə üzləşib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, London klubunun əsas qapıçısı Petr Çex sıradan çıxıb.

Təcrübəli qolkiper İngiltərə Premyer Liqasının sonuncu turunda “Vest Bromviç”ə qarşı keçirilən oyunda (1:3) zədə alıb.

Bu səbəbdən də Çex növbəti turda “Mançester Siti”yə qarşı keçiriləcək görüşdə meydana çıxa bilməyəcək. Hələlik təcrübəli qolkiperin nə vaxt sıraya dönəcəyi məlum deyil.

 

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı