“Almaniya ilə növbəti oyuna çağırılcağıma ümid edirəm”

“Almaniya ilə növbəti oyuna çağırılcağıma ümid edirəm”
XƏBƏR 22 Mart 2017 / 14:00 5430
-  A +

“Öz klubunda müntəzəm oynamalısan. Bu halda millinin baş məşqçisinin diqqət mərkəzinə düşə bilərsən”.

Qol.az-ın xəbərinə görə, bunu millimizin üzvü  Tuğrul Erat Almaniya mətbuatına açıqlamasında deyib.

Almaniya II Bundesliqasında çıxış edən “Dyusburq”un yarımmüdafiəçisi xeyli müddətdir yığmamıza dəvət almır. O, yenidən milliyə qayıdacağına inandığını bildirib:

“Mən ruhdan düşmürəm. Axı hələ Almaniya ilə cavab oyunu var. Ümid edirəm ki, oktyabra qədər mən də “Dyusburq”da meydana tez-tez çıxacam və yığmaya çağırılacam”.

Qeyd edək ki, 24 yaşlı türk əsilli futbolçu millimizin heyətində 3 rəsmi oyun keçirib.

Son xəbərlər