"Özümü "Real"da görmürəm" - Tibo Kurtua

"Özümü "Real"da görmürəm" - Tibo Kurtua
DÜNYA FUTBOLU 22 Mart 2017 / 10:19 3904
-  A +

"Çelsi"nin qapıçısı Tibo Kurtua "Real"a keçəcəyi barədə iddialara münasibət bildirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, London klubunda qalmaq istədiyini deyib: "Çelsi" hələ mənə yeni müqavilə təklif etməyib, amma mən burada xoşbəxtəm. Hər şey yolunda gedir. Ölkə çempionu olmaq üçün çalışırıq".

Belçikalı qolkiper Madrid klubundan heç bir təklif almadığını da vurğulayıb: "Mövsümün sonuna kimi nələr olacağını bilmirəm. Ancaq özümü "Real"da yox, "Çelsi"də görürəm. Burada komandanın əsas oyunçularından biri olduğumu düşünürəm".


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki