"Qəbələ" nümayəndələri UEFA forumunda

"Qəbələ" nümayəndələri UEFA forumunda
XƏBƏR 22 Mart 2017 / 01:25 2475
-  A +

Martın 20-21-də UEFA Gənclər Liqası çərçivəsində məşqçilər forumu keçirilib.

Qol.az-ın xəbərinə görə, 2016-2017-ci illər mövsümünün iştirakçılarının qatıldığı tədbirdə Azərbaycanı “Qəbələ” nümayəndələri təmsil edib.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilən foruma futbol akademiyasının meneceri Nail Kərimov, əvəzedici komandanın baş məşqçisi Hüseynqulu Quliyev və məşqçisi Elmar Baxşıyev qatılıblar. UEFA-nın yarışların keçirilməsi üzrə direktoru Corco Marketti iştirakı ilə başlayan tədbirdə İoan Lupesku, Verner Mikler, Santi Solsona, Hyu Dallas və Fabio Kapellonun müxtəlif mövzularda mühazirələri dinlənilib (gabalafc.az).

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki