Arsen Vengerdən PSJ açıqlaması

Arsen Vengerdən PSJ açıqlaması
XƏBƏR 21 Mart 2017 / 21:07 4367
-  A +

"Arsenal"ın baş məşqçisi Arsen Venger PSJ-ni çalışdıracağı barədə iddialara münasibət bildirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, bu xəbərləri təkzib edib: "PSJ ilə danışıqlar apardığım və onlarla razılığa gəldiyim haqda yayılan xəbərlər yalandır. Belə bir şey yoxdur".

Qeyd edək ki, mövsümün sonu London klubundan ayrılacağı gözlənilən A.Vengerin PSJ ilə 2 illik müqavilə imzalayacağı iddia edilirdi.


Son xəbərlər