"Onları İngiltərəyə qarşı oynatmaq təhlükəli olar" -Löv

"Onları İngiltərəyə qarşı oynatmaq təhlükəli olar" -Löv
XƏBƏR 21 Mart 2017 / 20:08 3822
-  A +

Almaniya millisinin baş məşqçisi Yoahim Löv İngiltərə ilə yoxlama oyunu öncəsi komandanın zədəli futbolçularının son durumu haqda danışıb.

Qol.az-ın "ESPN"ə istinadən yaydığı xəbərə görə, o, Məsut Özil, Yulian Draksler və Mario Qomeşin sözügedən qarşılaşmanı buraxacaqlarını deyib: "Özil, Draksler, Qomeşin  yüngül zədələri var.  Onlara bu matçda oynatmaq riskli ola bilər".

Qeyd edək ki, sözügedən futbolçuların millimizlə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək matçda iştirak edəcəyi gözlənilir.


Son xəbərlər