“Almaniya ilə qarşılaşmaq Azərbaycan üçün bayramdır” – Nazarov

“Almaniya ilə qarşılaşmaq Azərbaycan üçün bayramdır” –  Nazarov
ÖLKƏ FUTBOLU 21 Mart 2017 / 14:55 4252
-  A +

“Dünya çempionu Azərbaycana gəlir. Bu, bizim ölkəmiz üçün bayramdır. Hamı bizim kimi bu oyunu səbirsizliklə gözləyir”.

Qol.az-ın xəbərinə görə, bu sözləri milli komandamızın üzvü Dmitri Nazarov Almaniya mətbuatına açıqlamasında deyib.

DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə görüş haqda danışan yarımmüdafiəçi matçın çətin olacağını, ancaq narahatlığa əsas olmadığını bildirib: “Əlbəttə, Almaniyaya qarşı oynamaq çətindir. Ancaq hər şey ola bilər. Biz İtaliya və Xorvatiya kimi millilərə qarşı yaxşı oyun sərgiləmişik. Ona görə də narahat olmalı deyilik”.

Xatırladaq ki, Almaniya  - Azərbaycan oyunu martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord