"Qarabağ"ın futbolçusu İtaliya ilə oyuna çağırıldı

"Qarabağ"ın futbolçusu İtaliya ilə oyuna çağırıldı
ÖLKƏ FUTBOLU 21 Mart 2017 / 12:16 3146
-  A +

Albaniya millisinin İtaliya ilə keçirəcəyi DÇ-2018-in seçmə mərhələ  oyunu və Bosniya və Herseqovinaya qarşı yoldaşlıq görüşü üçün heyəti açıqlanıb.

Qol.az-ın xəbərinə görə, baş məşqçi Canni De Byazi "Qarabağ"ın müdafiəçisi Ansi Aqolliyə də dəvət göndərib.

Təcrübəli futbolçu seçmə mərhələnin əvvəlki 4 qarşılaşmasından 3-də meydana çıxıb və kapitan sarğısını daşıyıb.

İtaliya ilə oyun martın 24-də, Bosniya və Herseqovina ilə yoldaşlıq matçı isə martın 28-də  keçiriləcək. Qeyd edək ki, "Qarabağ"ın qapıçısı İbrahim Şehiç Bosniya və Hersoqovina millisinə dəvət alıb. Bu isə o deməkdir ki, Ağdam klubunun futbolçuları millilərinin heyətində üz-üzə gələ bilər.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı