Futbolçuların valideynləri arasında kütləvi dava - Video

Futbolçuların valideynləri arasında kütləvi dava -  Video
VİDEO 21 Mart 2017 / 00:00 3368
-  A +

İspaniyada uşaq komandaları - “Alaro” və “Kolerense”nin oyunu zamanı qalmaqal yaşanıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, matçın gedişində valideynlər arasında kütləvi dava baş verib.

Hələlik insidentin səbəbi məlum deyil, polis araşdırma aparır.

Qeyri-rəsmi məlumatlara görə, oyunun gedişində 2 futbolçu arasında mübahisə düşüb. Bu, onların valideynlərinin əlbəyaxa olmasına, yekunda da kütləvi davaya gətirib çıxarıb.

Qeyd edək ki, baş vermiş insident səbəbindən oyun təxirə salınıb.



Son xəbərlər