Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
"Real" 16 yaşlı hücumçunun transferini açıqladı

Yazarlar
 “Səbail” yaşasın, “Turan” dağılsın?
Aydın BAĞIROV
 Rauf Əliyevin son şansı...
Anar Şabanoğlu
 80 ilin ən qara üzü
Emin ABBASOV
 Olmayan Ağdam və olan Tovuz…
Aqil Abbas
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
Millimizin mükafatlandırma mərasimindən - Şəkillər
Top 5
“Pike, axmaq, çempionu təbrik et” - "Real"ın futbolçuları
Pikedən “Real”a mesaj var
Cavid “Qəbələ”də qalır, Rəşad isə...
Messi bombardir oldu - son 4 ildə ilk dəfə
İslamiadada medal sıralaması - 75 qızılımız var
Linklər
525ci Qəzet

"Nicat Qurbanov kosaya oxşayır" - "Kəpəz"in futbolçusu
A A A

[20.03.2017]
"Nicat Qurbanov kosaya oxşayır" - <b style="color:red"> "Kəpəz"in futbolçusu</b>
Bu gün 27 yaşı tamam olan “Kəpəz”in futbolçusu Novruz Məmmədov klubun saytına müsahibə verib.

 
- Novruz, səni həm doğum günün, həm də adınla bağlı bayram münasibəti ilə təbrik edirik...

- Təbrikə və diqqətinizə görə çox sağ olun, var olun. Mən də fürsətdən istifadə edib hamını Novruz bayramı münasibəti ilə təbrik edirəm, xoş günlər arzulayıram. Xalqımız neçə belə bayramlar yaşasın.

- Bu bayramın sənin üçün iki qat sevinci var....

- Bəli, həm doğum günümü qeyd edirəm, həm də bayramı. Xoş günlər bir-birinə qarışıb. Bu gün mənim kimi ayın 20-də doğulanlar var, demək bizim doğum günümüzü hamı qeyd edir (gülümsəyir).

- Bu iki əlamətdar günü necə qeyd edəcəksən?

- Bu vaxta kimi təntənəli şəkildə ad günü keçirməmişəm, bayram əhval-ruhiyyəsi ilə evdə yaxınlarımla birgə olmuşam. Böyük şənlik olmayıb, sadəcə, bayramı yaşamışıq. Əlavə bir şey bayram ilə yanaşı, doğum günümü qeyd etməyimdir. Deməzdim ki, Novruz bayramı doğum günümü kölgədə qoyur. Təmtəraqlı doğum günü partisi təşkil edənlər bəlkə də belə düşünə bilər, amma mən yox. Əksinə, bayram xüsusi ab-hava yaradır, məni kölgədə qoymur. Həm bayramın, həm də ad gününün öz yeri var. Əsas odur ki, həmişə bayram olsun.

- Bayramın öz adət-ənənələri var. Sonuncu dəfə nə vaxt papaq atmısan, qapı pusmusan?

- Yadımdan çıxıb (fikirləşir), çoxdandır ki, belə şeylər etmirəm. 4-5 il olar ki, papaq atmıram, qapı pusmuram. Vaxtında çox eləmişəm, əsasən də papaq atmışam (gülür). Papağımın içinə şirniyyat, qoz-fındıq, meyvə qoyulub. Düzdür, indi şəkərbura və paxlava tez-tez qoyulmur, bu da yəqin ki, baha və əziyyətli başa gəlir ona görədir.

- Yeni ilin simvolları Şaxta baba və Qar qızdırsa, Novruzda bu, keçəl və kosadır. Hansı yaş dövrünə kimi onların varlığına inanmısan?

- Uşaq vaxtı necə ki, Şaxta baba və Qar qıza, eləcə də kosa və keçəlin  varlığına inanırdıq. Adət-ənənələrimizi öyrəndikcə, əslində bunu bayramın bir hissəsi kimi başa düşməyə başladıq. Keçəlsiz və kosasız bayramın dadı olmaz.

- Sonuncu dəfə nə vaxt yumurta döyüşdürmüsən?

- Komandamızın Gəncədəki Novruz şənliyində. Düz 2 il idi ki, yumurta döyüşdürmürdüm. Sonuncu dəfə uduzmuşam. Bunun da taktikası var, elə yerdən vurmalısan ki, rəqibin əlindəkini qıra biləsən. Təbii ki, öz yumurtan da möhkəm olmalıdır.  

- Bəs xoruz döyüşdürmüsən?

- Yox, amma döyüşlərinə maraqla baxmışam. Bəzən mərcləşib də döyüşdürürlər. Belə şeylər bayrama rəng qatır.    

- Komanda yoldaşlarından keçəl və kosa rolunu kimə yaraşdırarsan?

- Xarakterə və oxşarlığa görə bunu müəyyənləşdirmək lazımdır. Nicat Qurbanov kosaya oxşayır (gülümsəyir). Keçəli qoy fikirləşim...Yox, onu tapa bilmədim.

- “Kəpəz”də legionerlər də çıxış edir. Necə düşünürsən, milli bayramımızı onlara da tanıtdırmalıyıq?

- Əlbəttə, Gəncədəki şənlikdə bəzi şeyləri görüb tanış oldular, onlar üçün maraqlı idi. Bəziləri artıq iki ildir ki, ölkəmizdə yaşayırlar, müəyyən şeyləri bilirlər. Biz də bu işdə onlara kömək edirik. Düzdür, yumurta döyüşdürmək, ocağın üstündən tullanmaq onlara qəribə gələ və bunun mahiyyətini başa düşməyə bilərlər. Amma insan yaşadığı yerin adət-ənənəsini öyrənsə, yaxşı olar.  

-  Novruz, müsəlman aləmində yeni il kimi qəbul olunur. Yeni il isə yeni arzular, istəklər deməkdir. Sənin nə arzuların var?

-  İlk növbədə əsas olan can sağlığıdır. İnsanlarımız bəladan, xətadan, xəstəlikdən uzaq olsunlar. Bunlar olmasa, həyat daha yaxşı keçər.  
2391 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
24.05.2017  01:54 “Real” rəsmiləri “Yuventus”dan qorxurlar” - Kapello
24.05.2017  01:39 Danilo “Real”ı “İnter”ə dəyişir
24.05.2017  01:25 Qvardiolanın ailəsi ölümdən döndü - terrordan qurtuldular
24.05.2017  01:02 “Arsenal”ın şikayəti təmin edilmədi
24.05.2017  00:41 Gəncə stadionunun ot örtüyü dəyişdirilir - Şəkillər
24.05.2017  00:22 “Valensiya” yeni baş məşqçisini təqdim etdi
24.05.2017  00:00 Avroliqanın finalından öncə 1 dəqiqəlik sükut
23.05.2017  22:55 Valverde "Atletik"dən ayrıldı - klub açıqladı
23.05.2017  22:10 2024-cü ilə qədər "Atletiko"da - rəsmi
23.05.2017  21:00 "Real" 16 yaşlı hücumçunun transferini açıqladı
23.05.2017  20:20 Ulduz futbolçuların evində axtarış
23.05.2017  19:30 Mandzukiç qərarını verdi
23.05.2017  18:21 "Qarabağ" əvəzedicilərini mükafatlandırdı - Şəkillər
23.05.2017  17:50 "Azərbaycan və Türkiyə Olimpiya Oyunlarına ev sahibliyi edə bilər" - Yenilənib
23.05.2017  17:30 Qurbanov və Qriqorçuk reytinqdə irəlilədilər
23.05.2017  17:21 "Tour d’Azerbaidjan-2017"dəki təşkilatçılıq yüksək qiymətləndirildi
23.05.2017  17:10 Tayson Bakıya gələcək
23.05.2017  17:00 Açıılış və bağlanışa 20 milyon ayrılıb - İslamiada
23.05.2017  16:55 "Mançester Yunayted" tədbiri ləğv etdi - terrora görə
23.05.2017  16:39 "Çelsi"də yeni müqavilə
 
 
  24.05.17
11:36
  Aquero qərarını verdi
11:11
  "Milan"dan "Real"a 60 milyon avro
10:54
  Avroliqanın qalibi müəyyənləşir - Yenilənir
10:36
  Tərlan Əhmədovla yollar ayrıldı
10:26
  “O, “Qarabağ”ın kaskadyorudur”
10:14
  İstefa verdi, karyerasını bitirdi
09:45
  Avroliqanın finalı hansı kanallarda?
01:54
  “Real” rəsmiləri “Yuventus”dan qorxurlar” - Kapello
01:39
  Danilo “Real”ı “İnter”ə dəyişir
01:25
  Qvardiolanın ailəsi ölümdən döndü - terrordan qurtuldular
01:02
  “Arsenal”ın şikayəti təmin edilmədi
00:41
  Gəncə stadionunun ot örtüyü dəyişdirilir - Şəkillər
00:22
  “Valensiya” yeni baş məşqçisini təqdim etdi
00:00
  Avroliqanın finalından öncə 1 dəqiqəlik sükut
  23.05.17
22:55
  Valverde "Atletik"dən ayrıldı - klub açıqladı
22:10
  2024-cü ilə qədər "Atletiko"da - rəsmi
21:00
  "Real" 16 yaşlı hücumçunun transferini açıqladı
20:20
  Ulduz futbolçuların evində axtarış
19:30
  Mandzukiç qərarını verdi
18:50
  "Kəpəz"dən növbəti transfer
18:21
  "Qarabağ" əvəzedicilərini mükafatlandırdı - Şəkillər
17:50
  "Azərbaycan və Türkiyə Olimpiya Oyunlarına ev sahibliyi edə bilər" - Yenilənib
17:30
  Qurbanov və Qriqorçuk reytinqdə irəlilədilər
17:21
  "Tour d’Azerbaidjan-2017"dəki təşkilatçılıq yüksək qiymətləndirildi
17:10
  Tayson Bakıya gələcək
17:00
  Açıılış və bağlanışa 20 milyon ayrılıb - İslamiada
16:55
  "Mançester Yunayted" tədbiri ləğv etdi - terrora görə
16:49
  “Qəbələ”dən İlqarla bağlı xəbərlərə münasibət
16:39
  "Çelsi"də yeni müqavilə
16:30
  “Tətildən qayıdandan sonra müqavilə bağlanacaq” - "Qəbələ"nin meneceri
16:07
  Azərbaycanla oynamayacaq, öz toyunda oynayacaq
15:49
  "Qumara görə adımın ləkələnməsini istəmirəm" - Tərlan Əhmədov
15:33
  "Ayaks"dan final oyunu üçün 20 futbolçu
15:11
  Danimarkada kobud hakim səhvi - Video
14:56
  Avropanın gələcək ulduzları - UEFA açıqladı
14:48
  Pikedən “Real”a mesaj var
14:15
  Prezident idmançılarla görüşdü
13:52
  “Barselona"nın sabiq prezidenti həbs olundu
13:44
  Avroliqanın finalına 21 milyonluq büdcə ilə çıxıblar
13:07
  Spaletti "İnter"ə keçir
12:45
  Rəşad Sadiqov daha "Qəbələ"nin oyunçusu deyil
12:34
  AFFA U-18 millisini yüksək liqaya necə buraxdı?
12:27
  Türkiyə millisinin futbolçusu saxlanıldı
11:53
  Qriqorçuk “Dinamo”nun baş məşqçiliyinə əsas namizəddir – iddia
11:39
  Kasilyas "Liverpul"da?
11:07
  “Mançester Yunayted”də oynamaq ehtimalım..." - Qrizmann
10:40
  Konte ən yaxşı baş məşqçi seçildi
10:18
  "Portu" baş məşqçisini istefaya göndərdi
09:55
  Torres "Atletiko"da qalır
01:35
  "Qəbələ" İtaliya klubları ilə heç-heçə etdi
01:16
  "Fənərbaxça"nın qələbəsi - Video
00:57
  "Mançester Siti"dən gedirlər
00:05
  "Fənərbaxça"dan əzmkar qələbə
00:01
  İslamiadanın bağlanış mərasimi keçirildi - Şəkillər
  22.05.17
23:00
  "Real"a qayıtmaq istəyir
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore