"Arsenal"dan Tuhel açıqlaması

"Arsenal"dan Tuhel açıqlaması
XƏBƏR 20 Mart 2017 / 14:20 3834
-  A +

Dortmund “Borussiya”sının baş məşqçisi Tomas Tuhelin “Arsenal”ı çalışdıracağı haqda yayılan xəbərlər həqiqətə uyğun deyil.

Qol.az-ın məlumatına görə, bu barədə Britaniya mətbuatına London klubunun adı çəkilməyən nümayəndəsi açıqlama verib

“Bu, düzgün xəbər deyil. Vengerin “Arsenal”dakı gələcək taleyi haqda hələ qərar verilməyib. Bunun üçün vaxt lazımdır” – deyə o bildirib.

Qeyd edək ki, Almaniyanın “Bild” nəşri Tomas Tuhelin Arsen Vengeri əvəzləyəcəyini yazmışdı.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord