İnyesta “Barselona”da qalacaqmı? – Enrikedən açıqlama

İnyesta “Barselona”da qalacaqmı? – Enrikedən açıqlama
XƏBƏR 19 Mart 2017 / 13:09 3216
-  A +

“Barselona”nın baş məşqçisi Luis Enrike futbolçiları Andres İnyestanın gələcək karyerası barədə danışıb.

Qol.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, o deyib: “İnyestanın dediklərinə inanmaq lazımdır. Onun karyerası sona yaxınlaşır. Bu halda iki variantın var: ya karyeranı “Barselona”da başa vurmalısan, ya da Xavi kimi yeni nəsə axtarmalısan. Gələcək karyerası ilə bağlı yekun qərarı İnyesta özü verəcək”.

Xatırladaq ki, 32 yaşlı futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2018-ci ilin yayında baça çatır. İspaniya mətbuatının yazdığına görə, təcrübəli yarımmüdafiəçi klubla müqavilənin müddətini artırmaq istəyir.


Son xəbərlər