Bu gün Topaz Premyer Liqada 23-cü tura yekun vurulub.
Qol.az-ın xəbərinə görə, son oyun günündə daha 2 matç keçirilib.
İlk matçda çempionluq uğrunda yarışan “Qəbələ” autsayder AZAL-ın qonağı olub və gözlənilmədən iki vacib xal itirib. Oyunun 90-cı dəqiqəsinə kimi Roman Qriqorçukun komandası hesabda irəlidə olub. Lakin son dəqiqədə buraxdığı qola görə qızıl dəyərindəki qələbəni əldən verib və çempionluq yolunda ciddi zərbə alıb.
Qeyd edək ki, əgər bu gün "Qəbələ"nin əsas rəqibi "Qarabağ" "Zirə"yə qalib gəlsəyə, bu halda "Qəbələ"ni 4 xal qabaqlamış olacaqdı. Amma Ağdam klubu da bugünkü qarşılaşmada "Qəbələ" kimi iki xal itirib.
19 mart
18:30. “Zirə” - “Qarabağ” - 0:0
Qırmızı vərəqə: Akim Latifu (2 sarı vərəqə, "Zirə"), 65
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Nahid Əliyev, Rəhim Həsənov
Zirə İdman Kompleksinin stadionu
15:30. AZAL - “Qəbələ” - 1:1
Qol: Tellur Mütəllimov, 52 (0:1), Nuqzar Kvirtiya, 90 (1:1)
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə
“AZAL Arena”
18 mart
“Kəpəz” - “Sumqayıt” 1:0
“Neftçi” - “İnter” 2:1
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
1 |
Qarabağ |
23 |
15 |
4 |
4 |
37-11 |
49 |
2 |
Qəbələ |
23 |
13 |
8 |
2 |
42:13 |
47 |
3 |
İnter |
23 |
10 |
9 |
4 |
33:23 |
39 |
4 |
Zirə |
23 |
8 |
6 |
9 |
19-22 |
30 |
5 |
Neftçi |
23 |
8 |
2 |
13 |
18-35 |
26 |
6 |
Sumqayıt |
23 |
6 |
7 |
10 |
20-27 |
25 |
7 |
Kəpəz |
23 |
5 |
9 |
9 |
16-24 |
24 |
8 |
AZAL |
23 |
1 |
7 |
15 |
10-37 |
10 |
Bombardirlər: Filip Ozobiç ("Qəbələ") - 11 qol, Baqali Dabo ("Qəbələ") - 7 qol, Rauf Əliyev ("İnter") - 7 qol