“Yubiley günündə uduzmaq bizə yaraşmazdı” - Tərzin

“Yubiley günündə uduzmaq bizə yaraşmazdı” -  Tərzin
ÖLKƏ FUTBOLU 19 Mart 2017 / 00:00 2035
-  A +

“Düşünürəm ki, ard-arda qazanılan qələbə komandamızda ruh yüksəkliyi yaradıb. Bu gün çempionatın iddialı komandalarından birinə qarşı mübarizə apardıq”.

Qol.az saytına açıqlamasında bu sözləri “Neftçi”nin futbolçusu Tərzin Cahangirov deyib.

Topaz Premyer Liqasının 23-cü turunda “İnter”i 2:1 hesabı ilə məğlub etdikləri görüşdən danışan gənc yarımmüdafiəçi, meydana mütləq qələbə üçün çıxdıqlarını söyləyib:

“80 illik yubiley günündə uduzmaq bizə yaraşmazdı. Ona görə də elə ilk dəqiqələrdən hər birimiz qalib gəlmək üçün əlimizdən gələni etdik.

İlk hissədə “İnter”dən xeyli üstün futbol sərgilədik və demək olar ki, rəqibi meydanın özünə aid olan hissəsinə məhkum etmişdik. Bu da birinci hissənin sonunda öz bəhrəsini verdi.

Ümumi 90 dəqiqəyə nəzər yetirsək,biz istəkli oynadıq və qələbə qazandıq. Bu qələbə azarkeşlərimizə həm yubiley, həm də bayram hədiyyəsi oldu”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın