"Nizamiyə məsləhət görürəm ki, az danışsın" - Elxan Abdullayev

"Nizamiyə məsləhət görürəm ki, az danışsın" - Elxan Abdullayev
ÖLKƏ FUTBOLU 18 Mart 2017 / 22:31 5028
-  A +

"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqanın 23-cü turunda Bakı "İnter"inə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Bütün “Neftçi” sevənləri təbrik edirəm. Stadionda çox gözəl atmosfer var idi. Azarkeşlərə minnətdarlığımı bildirirəm. Futbolçularımı təbrik edirəm. Üstünlük bizdə idi. Layiqli qələbə idi.

- Artıq ikinci oyundur “Neftçi” bir top fərqi ilə qələbə qazanır. Bu qollar da birinci hissədə vurulur. Sanki “Neftçi” ikinci hissədə bir qədər rahatlaşır. Avrokuboklarda rəqiblər bu cür şeyləri bağışlamırlar...

- Qol vurduqdan sonra biraz açılışdıq. “İnter” üstünlüyü ələ aldı. Qapımızdan  qol buraxmasaydıq, bəlkə də daha çox qol vurardıq. Hazırda avrokubokları düşünmürəm. Qarşıdakı oyunlara baxıram. Çalışacağam, komandadakı səhvləri aradan qaldıraq.

- Siz istədiyiniz “Neftçi”ni qura bilmisinizmi?

- Bu komandanı 2 aydır ki, yığmışam. Komandaya 9 yeni transfer etmişəm. Sadəcə, hər şeyi pillə-pillə etmək lazımdır. Bunun üçün də vaxt lazımdır. Hələ ki, optimal formaya düşməmişik. Sonda hər şeyi görəcəksiniz.

- Boyan Baykoviçin oyunundan razı qaldınız?

- Bəli. Futboldur, səhv də edə bilər. O, qapıda olduqda rahat oluram.

- Dreksanın yoxluğunda Ruslan müdafiənn mərkəzində oynayır. Düşünmək olarmı Jairo artıq heyətdəki yerini itirib?

- Burda heç kimin zəif olduğunu düşünmək olmaz. Ruslan Abışov daha təcrübəli idi. Bugünkü oyunda belə lazım idi.

- Qarşıdan “Qarabağ”la oyun gəlir. Bu barədə fikirlərinizi bildirərdiniz...

- “Qarabağ”la oyun bizim üçün imtahandır. “Qarabağ” Avropa səviyyəli komandadır. Keçən oyunda “Qəbələ”ni məğlub etdik. “Qəbələ” də Avropa səviyyəli komandadır. Biz “Qarabağ”la özümüzü yoxlayacağıq. Əgər qalib gələ bilsək, demək ki, Avroliqda çıxış edə bilərik.

- Millinin oyunu ilə  bağlı çempionatda fasilə yaranacaq. Komanda yaxşı forma yığıb. Bu fasilə komandaya nə dərəcədə təsir edə bilər?

- Mən özüm də millidə çalışıram. Əvvəllər mən millidə olanda, sonradan “Neftçi” məğlub olanda hamı mənim üzərimə düşürdü ki, məğlubiyyətdə səbəb budu. Ancaq bu, səbəb deyil axı. Mən milli ilə Qətərdə idim. Ancaq qayıdandan sonra “Qəbələ”ni məğlub etdik. Biz Almaniya kimi komanda ilə oynayacağıq. Bizim komandadan 2 nəfər millidə olacaq. Bəzi oyunçularımız da U-21-in düşərgəsində olacaq. Digər oyunçular isə plan üzrə hazırlaşacaq. Gəlib baxa bilərsiz. Bayramla bağlı 3 günlük istirahət veriləcək. Fasilə bizdən asılı məsələ deyil axı.

- Siz həm də millidə çalışırsız. Prosineçkinin oyun fəlsəfəsi barədə məlumat verə bilərsiz?

- Nizami Hacıyev çox tərbiyəli futbolçudur. Mən ona məsləhət bilərdim ki, az danışsın. Bu barədə o. özü danışmamalıdır. Oynayır, onsuz da, buna görə təriflənir. Çağırılmamasına gəldikdə isə bu, Prosineçkinin qərarıdır. Mən onun başında nə olduğunu bilmirəm axı. O, heç vaxt deməyib ki, Nizami pis futboçudur. Sadəcə, deyib ki, oyunumuza uyğun deyil.

- Bəs sizin necə? Nizami sizin oyun fəlsəfənizə uyğundur?

- Bu suala cavab verə bilmərəm. İndi ad çəkmək düzgün olmaz.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord