"Getdikcə vəziyyətimiz çətinləşir" - Samir Abasov

"Getdikcə vəziyyətimiz çətinləşir" - Samir Abasov
ÖLKƏ FUTBOLU 18 Mart 2017 / 19:18 2007
-  A +

"Ardıcıl məğlubiyyətlərdən sonra Gəncə səfəri çətindir. Oyunun taleyini bir qolun həll edəcəyini əvvəlcədən də təxmin edirdik. Belə meydanda oynamaq çətindir. Gəncəyə gələn rəqiblərin ikidən çox qol vurduğunu görməmişəm. Kombinasiyalı oyun oynamaq çətindir".

Qol.az-ın sportal.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 23-cü turunda  "Kəpəz"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

"Sumqayıtda oynayanda 3:1 hesabı ilə qalib gəlmişdik. Əvvəlcədən də bilirdik ki, burda futbol oynaya bilməyəcəyik. Əsas hədəfimiz o idi ki, səhv etməyək. Bayramla əlaqədar 3-4 günlük fasilə verəcəyik, ondan sonra "Neftçi" ilə oyuna hazırlaşacağıq. Getdikcə vəziyyətimiz çətinləşir. Turnir cədvəlində rəqiblər bir-birinə yaxınlaşıb. Bu, bizə sərf etməsə də, amma hələ heç nə bitməyib. Vəziyyətimizi düzəltməyə çalışacağıq".

Daha sonra S.Abasov jurnalistlərin suallarını cavablandırıb.
 
- Oyun bitəndən sonra hakimlərə yaxınlaşıb nə deyirdiz?

-Stadionu tərk edirdim, gördüm ki, futbolçularım hakimə nəsə deyir. Xoşagəlməz hadisələrin baş verməməsi üçün hakimlərə yaxınlaşdım və futbolçularımı oradan uzaqlaşdırdım.
 
- Oyun zamanı aqressiv görünürdüz və rəqib futbolçulara qarşı xoşagəlməz ifadələr işlədirdiz. Bu nə ilə bağlı idi?

- Sözün düzü, xoşagəlməz sözlər işlətməmişəm. Əgər siz kənardan göstərişlər verən məşqçiyə aqressiv deyirsizsə, bu sizin şəxsi işinizdir. Rəqib futbolçulara iradım var idi. Həddindən artıq vaxt aparırdılar. Lazımsız yerdə yıxılmaqları, meydanda sürünməkləri heç də yaxşı hal deyil. Sumqayıtdakı oyunda top kənara çıxanda mən tez rəqib futbolçulara verirdim ki, vaxt getməsin. Topdaşıyan uşaqlar topu gec verirdilər. Futbolçu topu görür, amma gec götürürdü. Bu cür bizi udmaq istəyirlərsə, bu da qələbə qazanmağın bir növüdürsə, onları təbrik edirəm. Amma biz belə hallara heç vaxt yol vermərik.

Daha çox


Son xəbərlər