Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Nuri Şahin daha 2 il "Borussiya"da

Yazarlar
 Yubileyin mübarək, dəvəsi ölmüş ərəbim!..
Anar Şabanoğlu
 Allahverdi Bağırovun iradı...
Aydın BAĞIROV
 80 ilin ən qara üzü
Emin ABBASOV
 Olmayan Ağdam və olan Tovuz…
Aqil Abbas
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
4 ilin 1 nömrəsi: “Qarabağ”! – Şəkillər
Top 5
"El-Klassiko"nu "Barselona" qazandı
Superoyun - "El-Klassiko"nun videosu
"Qəbələ" "gümüş"ü rəsmiləşdirdi
Messinin “Real” fanatlarını qəzəbləndirən o jesti – Video
Zidan Messini təbrik etdi
Linklər
525ci Qəzet

80 ilin matçı - "Neftçi" erməniləri necə döydü?
A A A

[18.03.2017]
80 ilin matçı - <b style="color:red">"Neftçi" erməniləri necə döydü?</b>

Biz bu oyunu matç başlamazdan udmuşduq - püşk bizi ermənilərlə qarşılaşdıranda və bu oyun 19 yanvara təyin olunanda...

"Dinamo" manejinin birinci mərtəbəsində futbolçular, ikinci mərtəbəsində isə azarkeşlər üz-üzə gəlməli idi. Meydanda hər iki komandanın üzvləri eyni sayda olsa da, oturacağı və ümumiyyətlə oyun izləmək üçün heç bir şəraiti olmayan ikinci mərtəbədə bizimkilər üstünlüyü tam ələ almışdı. Erməni azarkeşlər 100 nəfər idisə, biz 1000, 200 idisə biz 2000, 300 idisə biz 3000 idik! Ermənilər azərbaycanlılarla qarşılaşmaqdan qorxub bu oyunda komandalarını dəstəkləməyə gəlməmişdilər...

Tək qorxumuz qalmışdı - hakim. "Hakim" qrafasında yenə "Rusiya" sözü yazılmışdı... Bu dəfə rəsmi!
 
Ermənilərdən qorxmasaq da, hakimlərdən qorxurduq...

Futbolçularımız ölməyə razı idi, məğlub olmağa yox!
 
Atası - rəhmətlik Əli Rəhmanovdan fərqli, heç vaxt böyük futbolçu olmayan Elçin Rəhmanov həmin gün dünyanın ən yaxşı yarımmüdafiəçisi idi!
 
Elçin karyerasının ən yaxşı oyununu keçirirdi. Tək Elçin yox, bütün futbolçularımız inanılmaz döyüşkənlik göstərirdi.



Bir daha xatırlayaq:

Hüseyn Məhəmmədov, Ruslan Abbasov, Zaur Tağızadə, Elşən Qənbərov, Rəşad Sadiqov, İqor Getman...

Cərimə zərbəsindən vurduğu top qapı tirinə dəyməsə, rəqibi darmadağın edəcəyimiz "professor" Mahmud Qurbanov...

Oyunun taleyini həll edən qolla ermənilərin "belini qıran" "akademik" (baxın ha bu ləqəbi də mən verdim) Vidadi Rzayev...

Yalnız milyonları dəlicəsinə sevindirən tək qoluna görə ən gözəl mükafata layiq (deyəsən tək mükafatı əbədi azarkeş sevgisi və bu qola görə gənclərin ona həsr etdiyi rep oldu) Georgi Adamiya...

Sarkis Ovsepyan tərəfindən təxribata çəkilən və buna görə meydandan qovulan, qırmızı vərəqə aldığına görə göz yaşını saxlaya bilməyən amma oyun bitdikdən sonra komandaların qaldığı "Kosmos" otelində ermənilərin tanınmış kapitanını bir zərbəylə nokauta göndərən Rəşad Sadıqov...

"Kosmos"un foyesində erməniləri "jonqlyor" kimi "çiləyən" Emin adlı Rəşadın dostu...
 
Turnirdə iştirak etməsə də komandanı məhz bu oyunda dəstəkləmək üçün Moskvaya gələn və oyunsonrası davada iştirak edən Qurban Qurbanov...
 
Meydançadakı oyunu ilə yanaşı davada ermənilərin lazımınca cavabını verən Emin Quliyev...

Vəzifəsini unudub "idi sos.." deyə ermənilərin üstünə cuman və çətinliklə sakitləşdirdiyim Ramin Musayev...

Tomislav Mişura, İssa Nikiema, Darko Çordaş, Tomislav Vişeviç...
 
Ağasəlim Mircavadov və Rövnəq Abdullayev...
 
Meydançada olanlar, ehtiyatda oturanlar, bütün KOMANDA!
 
Və bu komandayla ürəyi döyünən milyonlar, bu qələbəyə əməyini, ürəyini, əsəbini qoyan hər kəs...
 
Bu hamının - bütün Azərbaycanın və azərbaycanlıların qələbəsi idi!
 
"Neftçi"dən sonra "İnter" və "Qəbələ"də də uğurlarını sıralayan keçmiş həmkarımız Səbuhi Səfiyarlının sevdiyi və çoxumuzun da bildiyi, "Yol əhvalatı" filmindən bir sitat gəlir ağlıma: Tarix budur e, student qədeş!

Əlbəttə, bu oyun haqda hələ çox danışılacaq, çox deyiləcək. Güman ki, kitablar da yazıldı, filmlər də çəkildi. Amma çətin ki, hansısa kitab və ya film həmin hissləri bir daha olduğu kimi yaşada bilsin...

Anar ŞABANOĞLU

3700 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 

 
 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
24.04.2017  12:13 Yubileyin mübarək, dəvəsi ölmüş ərəbim!..
27.10.2016  17:17 Katalizator, tiran - Katalin Tira
05.02.2015  13:57 Bizim Samir
07.07.2014  14:45 Futbol, sadəcə, futbol deyil
19.05.2014  14:05 Land of fire Azerbaijan!
08.05.2014  12:50 Qara çempionluq
28.01.2014  11:41 Movsisyanlar – yalançı bakılılar
02.08.2012  19:25 Eli nursuz qoyma, cır polis vəsiqəni!
06.09.2011  13:50 "Tofiq Bəhramov"un "Yadegar-e-Emam"a çevrildiyi gün
 
 
 
  26.04.17
01:36
  Fransa kubokunda ilk finalçı müəyyənləşdi
01:20
  Adamsın komandası yenə uduzdu
01:07
  “Çelsi”dən 4 qollu qələbə - Video
00:55
  Türk müdafiəçi “Dinamo” və “Krasnodar”ın hədəfində
00:41
  “Çelsi” çempionluğa bir addım da yaxınlaşdı
00:15
  Ramosun cəzası bəlli oldu
00:00
  Yohan Kroyffun adı “Ayaks”ın stadionuna veriləcək
  25.04.17
22:50
  Kavani 2020-ci ilə qədər PSJ-də
21:39
  "Qəbələ" Tiflisdə 6-cı oldu
20:47
  "Məndən yalnız qələbə gözləyirlər" - Teymur Rəcəbov
20:17
  Jurnalisti döyən futbolçular cəzalandırıldı
19:38
  Prosineçki “Bursaspor”da? – növbəti iddia
19:00
  ShamkirChess2017 - 5-ci tur - Şəkillər
18:25
  “Liverpul”da ciddi itki
17:44
  Nuri Şahin daha 2 il "Borussiya"da
17:23
  Maşallah Əhmədovun apellyasiya məhkəməsi davam etdirilib
16:52
  "Qəbələ"dən azarkeşlərə Naxçıvan müjdəsi
16:44
  Beylin durumu müəyyənləşdi - 3-4 həftə oynamayacaq
16:11
  “Qarabağ” klubunun siyasi şahmat adlandırılması yanlışdır” – XİN-dən açıqlama
16:01
  Mövsümün ikincisi
15:48
  İlk oyunda məğlubiyyət
15:25
  Bütün oyunlar eyni gündə - birinci divizionda
15:09
  Premyer Liqamızda son turun oyunlarının vaxtı açıqlandı
14:54
  Messi "Osasuna"ya qarşı oynayacaq?
14:28
  Ronaldonun Messinin qoluna daha bir əsəbi reaksiyası – Video
14:12
  “Liverpul”un yeni forması – Şəkillər
13:58
  Azərbaycan birinci divizionunda növbəti qalmaqal
13:55
  AFFA "Qarabağ" və "Neftçi"ni cərimələdi
13:44
  "Neftçi"yə texniki məğlubiyyət verildi - cədvəl dəyişdi
13:37
  Ölkəmiz 10 gimnastla təmsil olunacaq - İslamiada
13:11
  "Mançester Siti" transferdən imtina etdi - 110 milyona görə
12:34
  "Şəmkirdə Vüqarın adına layiqli turnir keçirilir"
12:07
  "İnter" Simeone və Konteyə 20 gün vaxt verdi
11:55
  2022-ci ilə qədər "Real"da
11:29
  İnyesta və Messidən yeni müqavilə - rəsmi
11:06
  "Prosineçkiyə deyə bilmərəm ki, məni milliyə çağır"
10:53
  Zidan kubok qazanmasa...
10:30
  "İnter" futbolçularını bazaya həbs etdi
10:11
  Bir ildən sonra yenidən Premyer Liqada
09:45
  "Qəbələ" - "İnter" - Şəkillər
02:04
  “Bavariya”nın məqsədi finalda oynamaqdır”
01:36
  "Beşiktaş" "Adanaspor"u məğlub etdi - Video
01:21
  "Roma" 3 xalı 4 qolla qazandı - Video
01:05
  Jiru Fransaya qayıdır?
00:48
  “Roma”dan böyükhesablı qələbə
00:37
  La Liqada 33-cü tura yekun vuruldu
00:17
  17 ildən sonra "Sevilya"nı tərk etdi
00:00
  Ramos anti-rekorda imza atdı
  24.04.17
22:41
  "Qəbələ" "Dinamo"ya qalib gəldi
22:21
  Nuri Şahinin zədəsi ciddidir?
21:25
  "Qəbələ"nin mükafatlandırma mərasimindən - Şəkillər
20:04
  İbrahimoviç əməliyyat olunacaq
19:25
  “Qəbələ”nin 2 futbolçusu cəzalı duruma düşdü
18:40
  "Teymura qarşı hazırlaşmamışdım" - Şəhriyar Məmmədyarov
18:18
  "Qəbələ" və "İnter"ə medallar təqdim olundu - Video
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore