"Mançester Siti"də 17 futbolçusunu gələcəyi sual altındadır

"Mançester Siti"də 17 futbolçusunu gələcəyi sual altındadır
DÜNYA FUTBOLU 18 Mart 2017 / 10:35 4495
-  A +

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola mövsümün sonu çox oyunçunu komandadan göndərməyi planlaşdırır.

Qol.az-ın "Daily Mail"ə istiandən yaydığı xəbərə görə, bu yay klubu 17 futbolçu tərk edə bilər.

Onlardan yeddisininin - Qael Klişi, Yaya Ture, Pablo Sabalete, Villi Kabalyero, Bakari Sanya, Xesus Navqas və Tosine Adarabioyo ilə mövsümün sonu başa çatan müqavilənin müddəti böyük ehtimalla uzadılmayacaq.

Hazırda başqa klublarda icarələrdə olan beş oyunçu - Co Hart, Eliakom Manqala, Samir Nəsri, Vilfrid Boni və Jezon Denayerlə də ehtimal olunur ki, yollar ayrılacaq. Bundan başqa, Serxio Aquero, Venson Kompani, Fernando, Fabian Delf və Keleçi İxeanaçonun klubdakı gələcəkləri şübhə altındadır.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı