"Bavariya"da ciddi itki

"Bavariya"da ciddi itki
DÜNYA FUTBOLU 18 Mart 2017 / 10:11 3183
-  A +

"Bavariya"nın futbolçusu Duqlas Kosta Almaniya bundesliqasının 25-ci turunda Münhenqladbax "Borussiya"sı ilə oyunu buraxacaq.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb onun zədələnməsidir. D.Kostanın yaxın vaxtlarda həkim müşahidəsi altında olacağı bildirilib. 26 yaşlı yarımmüdafiəçinin nə qədər müddət yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşməyib.

Qeyd edək ki, D.Kosta bu mövsüm "Bavariya"da 27 oyunda 7 qol vurub və 6 qolun ötürməsini verib.


Son xəbərlər