"Neftçi" yubileyində qalib gəldi, "Sumqayıt" uduzdu

"Neftçi" yubileyində qalib gəldi, "Sumqayıt" uduzdu
PREMYER LİQA 18 Mart 2017 / 21:29 13873
-  A +

Bu gün Topaz Premyer Liqada 23-cü tura start verilib.

Qol.az-ın xəbərinə görə, ilk oyun günündə iki görüş keçirilib.

“Kəpəz” Gəncədə “Sumqayıt”ı qəbul edib. Ardıcıl 8 oyun qələbə həsrətindən sonra ötən tur Gəncədə "Zirə"ni məğlub edən (1:0) Şahin Diniyevin komandası doğma meydanda növbəti 3 xalını qazanıb. 

Digər oyunda isə “İnter” “Neftçi”nin qonağı olub. Bu görüş "Neftçi" klubunun 80 illik yubileyi gününə təsadüf etdiyindən simvolik olaraq saat 19:37-də start götürüb. Matç "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.



18 mart (şənbə)

19:37.Neftçi” – “İnter” - 2:1
Qollar:
Uqo Barqas, 42 (1:0), Rəhman Hacıyev, 70 (2:0), Nizami Hacıyev, 71 (2:1)  
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vüqar Bayramov, Əliyar Ağayev
“Bakcell Arena”

16:00.“Kəpəz” – “Sumqayıt” - 1:0
Qol:
Dario Federiko, 45
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, İsgəndər Əliyev, Elvin Əsgərov
Gəncə şəhər stadionu

19 mart (bazar)

15:30.AZAL – “Qəbələ”
Hakimlər:
Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə
“AZAL Arena”, 15:30

18:30.“Zirə” – “Qarabağ”
Hakimlər:
Ramil Diniyev, Mübariz Haşımov, Nahid Əliyev, Rəhim Həsənov
Zirə İdman Kompleksinin stadionu



N Klublar O Q H M T-F X
1 Qarabağ 22 15 3 4 37-11 48
2 Qəbələ 22 13 7 2 41:12 46
3 İnter 23 10 9 4 33:23 39
4 Zirə 22 8 5 9 19-22 29
5 Neftçi 23 8 2 13 18-35 26
6 Sumqayıt 23 6 7 10 20-27 25
7 Kəpəz 23 5 9 9 16-24 24
8 AZAL 22 1 6 15 9-36 9

Bombardirlər:  Filip Ozobiç ("Qəbələ") - 11 qol, Baqali Dabo ("Qəbələ") - 7 qol, Rauf Əliyev ("İnter") - 7 qol  

Daha çox


Son xəbərlər