Kubokun finalı Naxçıvanda keçirilə bilər

Kubokun finalı Naxçıvanda keçirilə bilər
ÖLKƏ FUTBOLU 17 Mart 2017 / 17:12 3120
-  A +

Azərbaycan kubokunun finalı Naxçıvanda keçirilə bilər.

Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev Qol.az-a açıqlamasında final oyununun məkanı üçün bir neçə variantın müzakirə edildiyini, Naxçıvan stadionunun isə əsas namizəd olduğunu deyib: “Amma hələlik bununla bağlı yekun qərar verilməyib”.

Qeyd edək ki, Azərbaycanın kubokunun finalı mayın 5-də keçiriləcək.

Əlavə edək ki, finalın Naxçıvanda keçiriləcəyi barədə məlumatı ilk olaraq futbol11.az saytı yayıb.

Daha çox


Son xəbərlər