Millinin futbolçularından çağırış - Video

Millinin futbolçularından çağırış -  Video
VİDEO 16 Mart 2017 / 17:07 3593
-  A +

AFFA və UNICEF yeni layihəyə start verib.

Qol.az-ın assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, əməkdaşlıq UNICEF-in qlobal uşaq zorakılığına qarşı kampaniyası çərçivəsində həyata keçirilir.

Layihənin əsas şüarı olan “Bizə qoşul, futbolu sev, zorakılığa YOX de!” sosial şəbəkələrdə #FutboluSevZorakiligaYoxDe haştaqı ilə paylaşılır.

Kampaniya çərçivəsində 4 futbolçunun iştirakı ilə sosial videoçarx çəkilib: Elvira Əsgərzadə – 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının qapıçısı Maksim Medvedev – Azərbaycan milli komandasının müdafiəçisi Həqiqət Qasımova – 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının müdafiəçisi Qara Qarayev – Azərbaycan milli komandasının yarımmüdafiəçisi

Videoçarx AFFA-nın martın 15-də keçirilmiş Hesabat Konfransında UNICEF nümayəndəsi Min Yuanın təqdimatı ilə futbol ictimaiyyətinə və mətbuat nümayəndələrinə nümayiş etdirilib.

Bakının müxtəlif yerlərində mövzuya aid reklam lövhələri quraşdırılacaq və il ərzində uşaq futbolunda çalışan məşqçilərə futbol oyunları zamanı, məşq prosesində və digər situsiyalarda zorakılığı aradan qaldırmaq barədə kitabçalar paylanacaq.



Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı