“Lester”lə qarşılaşmaq istəmirəm” – Zidan

“Lester”lə qarşılaşmaq istəmirəm” – Zidan
DÜNYA FUTBOLU 16 Mart 2017 / 15:18 12150
-  A +

“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/4 finalında “Lester”lə qarşılaşmaq istəmədiyini deyib.

Qol.az-ın “Mirror”a istinadən yaydığı xəbərə görə, fransalı mütəxəssis qeyd edib ki, indi heç bir məşqçi ÇL-in növbəti mərhələsində İngiltərə çempionu ilə oynamaq istəməz.

“Onlar öz hədəflərinə çatmaq üçün inamla irəliləyirlər. Çoxları onların Premyer Liqanının qalibi olacağına inanmırdı, amma “Lester” bunu bacardı. Yenə də çoxları elə fikirləşdirdi ki, ingilislər “Sevilya”nı keçə bilməyəcəklər. Lakin “Lester” bu işin də öhdəsindən gəldi. “Lester” ÇL-də favorit sayılmasa da, üzərlərində təzyiq azdır, ona görə də hər çür nəticə qeydə alına bilər. Onların əzmlə və ürəkdən oynayan istedadlı futbolçuları çoxdur. Belə komandalara qarşı çıxış etmək isə çətindir” – deyə Zidan bildirib.


Son xəbərlər