"AFFA-da deyirlər, "Rəvan"da maaş verilmir, orda nə gəzirsiz?"

"AFFA-da deyirlər, "Rəvan"da maaş verilmir, orda nə gəzirsiz?"
ÖLKƏ FUTBOLU 16 Mart 2017 / 13:35 3695
-  A +

"Rəvan"ın futbolçusu Cəmşid Məhərrəmov adı danışılmış oyunlarda hallandığına görə mövsümün sonuna qədər futboldan uzaqlaşdırılmasına münasibət bildirib.

Millimizin sabiq üzvü Qol.az-a açıqlamasında heç bir günahının olmadığını və cəzalandırılmasının səbəbini deyib:

"Şəmkir"lə oyunda matçın cavan baş hakiminə dedim ki, nəyi görürsən, onu ver, yəni oyunu düzgün idarə et. Mənim bu sözümə görə adımı qara siyahıya salıblar. Hansı ki, həmin oyunla bağlı şikayət də yoxdur. Mənimlə kimin nə prinsipi var, bilmirəm. Bu günə qədər futbolda canımı qoymuşam. AFFA-nın İntizam Komitəsinin üzvlərindən soruşdum ki, mən şübhəli nə etmişəm? Cavab verdilər ki, oyununda heç bir şübhəli məqam yoxdur. Sadəcə, hakimə demisən ki, nəyi görürsən, onu ver. Soruşurlar ki, sən burda nəyə işarə edirdin? Bundan başqa, bizə deyirlər ki, "Rəvan"da maaş verilmir, siz orda nə gəzirsiz? Qardaş, mən indiyə qədər qazandığım pulla özümə şərait qurmuşam. İndi mənə başqa cür pul qazanmaq lazım deyil".

C.Məhərrəmov "Rəvan"ın çempionatdan uzaqlaşdırılması ilə bağlı da fikirlərini bildirib: "Bildiyimə görə, borcu olduğu üçün "Rəvan"ı çempionatdan uzaqlaşdırıblar. Çünki komandamıza xəbərdarlıq etmişdilər ki, borcu ödəmək lazımdır. Dəqiq nəsə deyə bilmərəm. Yəqin ki, rəhbərlik araşdıracaq".

Cari mövsüm futbola aid hər bir məşğuliyyətinə qadağa qoyulan 34 yaşlı müdafiəçi fərdi məşqlər edəcəyini vurğulayıb: "Onsuz da mövsümün sonuna qədər gedib hansısa komandada oynamaq fikrim yox idi. Bu cür məsələlərdən sonra adamın oynamağa həvəsi də olmaz. Qismət olarsa, yeni mövsümdə hansısa komandaya keçərəm". 

Qeyd edək ki, C.Məhərrəmovla yanaşı "Rəvan"ın digər futbolçusu Elvin Əliyev də adı danışılmış oyunlarda hallandığı üçün mövsümün sonuna qədər futboldan uzaqlaşdırılıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın