Deşam Benzemaya yenə ehtiyac duymadı

Deşam Benzemaya yenə ehtiyac duymadı
DÜNYA FUTBOLU 16 Mart 2017 / 10:15 2926
-  A +

"Real"ın futbolçusu Kərim Benzema növbəti dəfə Fransa millisinə çağırılmayıb.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, yığmanın baş məşqçisi Didye Deşam bu ay keçiriləcək oyunlar üçün 29 yaşlı hücumçuya dəvət göndərməyib. O, hücum xəttini gücləndirmək üçün ilk dəfə milliyə "Monako"nun oyunçusu Kilian Mbappeni çağırıb.

Qeyd edək ki, Benzema millidəki komanda yoldaşı Mateyu Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün Fransa yığmasından uzaqlaşdırılıb. Ancaq Fransa Futbol Federasiyasının prezidenti Noel La Qraet onun yığmaya qayıda biləcəyini açıqlayıb.


Son xəbərlər