“Monako" və "Atletiko" 1/4 finalda

“Monako" və "Atletiko" 1/4 finalda
DÜNYA FUTBOLU 16 Mart 2017 / 01:34 9866
-  A +

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Qol.az-ın məlumatına görə, keçirilən iki cavab oyunu ilə 1/4 final mərhələsinin sonuncu iştirakçıları da bəlli olub.

"Monako" Fransada "Mançester Siti"ni qəbul edib. İngiltərədə keçirilən ilk görüşdə 5:3 hesablı qələbə qazanan "şəhərlilər" səfərdə bu üstünlüyünü qorumağa çalışıb. Lakin inamlı oyunu ilə seçilən "Monako" 3:1 hesablı qələbə qazanıb. Ümumi nəticə 5:5 olsa da, səfərdə daha çox qol vuran Fransa təmsilçisi 1/4 finala adlayıb.

Digər görüşdə isə "Atletiko" "Bayer Leverkuzen"i qəbul edib. Səfərdə rəqibinə 4:2 hesabı ilə qalib gələn Madrid klubu adını 1/4 finala yazdırıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iştirakçıları "Lester", "Yuventus", "Real", "Barselona", "Borussiya" (Dortmund) və "Bavariya"dır. 
 
Əlavə edək ki, növbəti mərhələnin püşkü martın 17-də atılacaq.  

15 mart

Çempionlar Liqası 

1/8 final mərhələsi, cavab oyunları

“Monako” (Fransa) - “Mançester Siti” (İngiltərə) 3:1
Qollar:
Mbappe, 8 (1:0), Fabinyo, 29 (2:0), Sane, 71 (2:1), Bakayoko, 77 (3:1)
İlk oyun - 3:5

“Atletiko” (İspaniya) - “Bayer Leverkuzen” (Almaniya) 0:0
İlk oyun
- 4:2



7 mart

“Arsenal” (İngiltərə) - “Bavariya” (Almaniya) - 1:5
İlk oyun
- 1:5

“Napoli” (İtaliya) - “Real” (İspaniya) - 1:3
İlk oyun
- 1:3


8 mart

“Barselona” (İspaniya) -
PSJ (Fransa) 6:1
İlk oyun
- 0:4

“Borussiya” (Dortmund, Almaniya) - “Benfika” (Portuqaliya) 4:0
İlk oyun
- 0:1


14 mart

“Yuventus” (İtaliya) -
“Portu” (Portuqaliya) - 1:0
İlk oyun - 2:0

“Lester” (İngiltərə) - “Sevilya” (İspaniya) - 2:0
İlk oyun - 1:2

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın